2019-05-01 17:10:18 | AKTUAL
Səhiyyəmizin bu günü və sabahı

.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü və Pirallahı Rayon icra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə " Səhiyyəmizin bu günü və sabahı" başlığı altında tədbir keçirildi. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən tədbirdə rayonun səhiyyə ocaqlarında çalışan həkim və tibbi heyətin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda səhiyyə sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. " Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bütün sahələrdə davamlı inkişafın əldə edilməsini şərtləndirib. Bu baxımdan, səhiyyə sistemində görülən işlər və əldə olunan nəticələri də xüsusi vurğulamaq lazımdır. Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox bilavasitə Heydər Əliyevin himayəsində olub, Onun rəhbərliyi altında inkişaf edib, Onun sayəsində indiki yüksək səviyyəyə çatıb".

10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov çıxış edərək xəstəxananın müasir standartlara uyğun avadanlıq və peşəkar həkim personalı ilə təmin olunduğunu vurğuladı.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğulayaraq tədbir iştirakçılarına onları maraqlandıran suallar və problemlərlə bağlı müraciət etməyi tövsiyə etdi.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli rayonumuzun səhiyyə sistemi bağlı layihələrin hazırlandıqları barədə məlumat verdi. Tədbirdə çıxış edən 3 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi Tamara Məmmədova, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva və digər tədbir iştirakçıları rayonumuzun səhiyyə ocaqlarında yaradılmış yüksək şəraitlə bağlı dövlət rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

Baxış sayı : 728
Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir 2020-11-30 09:15:17 Qarabağ xalçalarının salnaməsi 2020-11-30 09:05:44 Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq 2020-11-30 08:10:58 ANAMA Suqovuşana çəkilən yolu minalardan təmizləyir 2020-11-30 07:45:18 Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur 2020-11-30 07:40:59 Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi 2020-11-29 13:50:45 Müzəffər Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir! 2020-11-29 13:35:04 Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı 2020-11-29 08:35:31 Qələbəmizi tərənnüm edən əsərlər 2020-11-29 08:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib 2020-11-28 21:05:34 "İnsanlarda koronavirusa qarşı immunitet yarananda virus aramızdan gedəcək" 2020-11-28 20:40:27 Şəhid ailələri və müharibə əlillərinin üçün tədbirlər planı hazırlanıb 2020-11-28 10:45:56 Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb 2020-11-28 09:30:42 Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir 2020-11-28 09:20:33 Azərbaycanın Tarix və Mədəniyyət Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin YUNESKO-nun Baş katibi Odre Azule xanıma M Ü R A C İ Ə T İ 2020-11-27 18:30:01 “Münaqişənin həllində yeni mərhələyə qədəm qoymuşuq” 2020-11-27 18:10:49 Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı 2020-11-27 10:20:00 Fransa senatorlarının erməni təəssübkeşliyinin motivləri deşifrə olundu 2020-11-27 09:15:00 "Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırladı 2020-11-27 08:35:06 Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır 2020-11-27 08:25:48 "Kəlbəcərdə Azərbaycanla sərhəddə qapılar müvəqqəti qoyulub" 2020-11-27 07:50:05 “Qarabağ – mədəniyyətimizin beşiyi”: Pənahəli xanın imarəti 2020-11-26 15:25:56 Hulusi Akar Fransa Senatının bəyanatını pislədi 2020-11-26 15:10:10 Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq 2020-11-26 08:55:09