MÜSAHİBƏ
A- A A+

Nicat Abıyev: “Məni bütün dünya tanıyacaq!”

2015-09-15 09:15:33

Haqqında söhbət açacağımız bu gənci Azərbaycanda çox adam tanımır

Lakin fitri istedadı ilə o, Rusiya Federasiyasının Tümen vilayətində xeyli nüfuz qazanmış gənclərdən biridir. Nicat natura üzərində rəsmlər çəkir, yeni bir kitab-bədii roman üzərində işləyir. Tümen Dövlət İncəsənət və Mədəniyyət Universitetinin 2-ci kurs tələbəsi olan Nicat Abıyev, 1996-cı il fevral ayının 23-də Tümendə dünyaya gəlib. 3 qardaş içərisində ən böyüyüdür. O, uşaq yaşlarından rəsm dərnəyinə yazılıb, 9-cu sinifdə oxuyarkən Tümen Sosiologiya və Texnologiya İncəsənət Akademiyasına daxil olub. (Orta ümumtəhsil məktəbinin 10-11-ci siniflərini oxumaqdan imtina edib).Bu yaxınlarda o, yay tətililə əlaqədar ölkəmizə qonaq gəlmişdi.Görüşüb, həmsöhbət olduq.
-Nicat bəy, sizi Azərbaycanda xoş gördük. Neçə ildi rəssamlıqla məşğulsuz?
-Çoxları kimi mən də uşaq yaşlarımdan rəsm çəkməyə başlamışam. Hər bir uşaq kiçik olanda rəssamlıqla məşğul olur, axı... Məndə uşaq vaxtı şəkil çəkməyə çox həvəsli olmuşam. Hətta belə bir hadisə olmuşdur ki, mən, 2-ci sinifdə oxuyanda çəkdiyim Təlxək rəsminə görə (klon şəklinə) uşaqlar gülmüşdü.Lakin, mən həmin əsəri elə tamamladım ki, bu əsər Sankt-Peterburrqda keçirilən yarışmada 1-ci yeri tutdu. Deməkdə məqsədim odur ki, kimsə sevdiyi məşğuliyyətdən zaman keçdikcə vaz keçirsə, onda həvəs ölməyib, həvəsini öldürüblər. Yəni, burda mühit və insanlar önəmli rol oynayır. Məndə özünə inam hissi güclü olduğundan, bu yaşımadək rəssamlıq sənətini davam etdirmişəm, müəyyən qədər təkmilləşdirməyi bacarmışam və hələ də öz üzərimdə işləyirəm.
-İndiyə kimi nə qədər rəsm əsəri çəkmisən və əsərlərində ən çox nəyə üstünlük verirsən?
- Təxmini 250-ə qədər rəsm əsəri çəkmişəm və əsərlərimdə ən çox təbiət gözəlliyinə üstünlük vermişəm.
-Üzərində işlədiyin kitab nə haqqındadır?
-Kitab öz həyatımdan bəhs edir.
-Sən Azərbaycandan çox uzaqda yaşayırsan. Orda bu sənətə maraq necədir?
-Azərbaycanda olduğu kimi, orda da maraq çox böyükdür. Arzum tanınmış rəssam olmaqdır.Düzdür, istər Azərbaycan, istərsə də Rusiyada məni rəssam kimi bir o qədər də yaxşı tanımırlar.Sizi əmin edirəm ki, tezliklə məni tanınmış rəssam kimi bütün dünyada tanıyacaqlar.
-Azərbaycan rəssamlarından kimləri tanıyırsan?
-SSRİ Xalq rəssamı Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayevin əsərlərilə tanışam.Ancaq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, rəssam, Şuşa şəhərindən məcburi köçkün Səyyar Əliyevi şəxsən tanıyıram. Eşitdiyimə görə, onun əsərləri də gənclər tərəfindən sevilir. 
-Çəkdiyin rəsmlərdən satılan olubmu?
-Bəli, Tümen vilayətində çəkdiyim rəsm əsərlərindən satılanlar olur.
-Azərbaycanda gedən inkişaf prosesləri barədə nə deyə bilərsən?
-Mən, Rusiya vətəndaşı, Azərbaycan əsilliyəm.İnanın ki, hər il Azərbaycana gəldikdə burda gedən inkişaf prosesini görüb, fərəhlənirəm.
-Azərbaycanın işğal edilmiş torpaqlarının geri qayıdacağına inanırsan?
-Əlbəttə inanıram.Son vaxtlar Rusiya Feredasiyası rəhbərliyinin, şəxsən Prezident V.Putinin Azərbaycana olan çox isti münasibətinin şahidiyik. Hiss edirəm ki, Rusiya Ermənistanın işğalçılıq niyyətini yaxşı başa düşür və bu dövləti uzun müddət müdafiə etməyəcək.Məhz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gərgin səyləri nəticəsində torpaqlarımız düşmən tapdağından azad ediləcək.

Maraqlı müsahibə üçün çox sağ olun.

Söhbəti yazdılar: Şamil Sabiroğlu,
Aygün Bəhramqızı, “Ana harayı” qəzetinin müxbirləri.

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 939

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

2018-09-20 21:35:13

CƏMİYYƏT
Hacıbəylilər qardaşları və Azərbaycan mu...
Hacıbəylilər qardaşları və Azərbaycan mu...

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən ...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...