SOSİAL
A- A A+

Natəvan Dəmirçioğlu ustad dərsləri keçmişdir

2019-04-30 21:35:05

.

Tanınmış yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu bir neçə dəfə Bakı Slavyan Universitetində (BSU) açıq mühazirədə ustad dərsləri aparmışdır.

Bakı Slavyan Universitetinin Konfrans zalında Əməkdar Elm Xadimi, görkəmli aftalmoloq alim, tibb elmləri doktoru, AMEA-nın akademiki Zərifə Əziz qızı Əliyevanın 95 illik yubleyinə həsr edilmiş “Müqəddəs Ana, ideal Azərbaycan xanımı” adlı açıq dərsdə Natəvan Dəmirçioğlu “Azərbaycan xanımlıq tariximizdə Zərifə Əliyeva obrazı” adlı məruzə ilə şıxış etdi. Azərbaycan xanımları cərgəsində Zərifə xanımın müstəsna yerindən danışdı və layiqli oğladlar tərbiyə etməsinin bir məktəb, bir örnək olduğunu vurğuladı. “Bir var toplum, bir var millət, bir var xalq, bir var etnos …bunlar sinonim sözlər olsalar da, hər birinin spesifik mahiyyəti və tərifi var.

Toplumu millətə çevirən əsas amillər: dildir, dindir, mənəvi dəyərlər sistemidir, tarixi yaddaşdır. Milləti xalqa çevirən mənəvi dəyərlər sisteminin özgürlüyü və mübarizə tarixidir. Etnos isə folkloru, milli mətbəxi, öznəməxsus geyim mədəniyyəti və məişəti olan aborogen əhalidir. Bunları nədən xatırlayırıq. Ailə şəcərəsi, ailə qanunları, ailə insitutu bu bağda əsas halqalardan birdir” deyən natiq əsas diqqəti Zərifə Əliyevanın analıq keyfiyyətinin üzərinə gətirərək, Onun timsalında nümunəvi ailə modelindən danışdı, akademik Zərifə Əliyeva həyatını tələbə qızlara örnək göstərdi. Məruzənin sonunda tanınmış yazıçı, əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunan Natəvan Dəmirçioğlu ölkəmizə qarşı Avropadan təşkil edilən, okianın o tayından idarə olunan söyüş kompaniyasının qarşısında cənab İlham Əliyev hansı yolu seçdiyini dilə gətirərək dedi ki, məhz Zərifə Əliyevanın illər öncə verdiyi tərbiyə bu məqamlarda da aydın şəkildə özünü göstərir. Onun oğlu Azərbaycan Prezidenti cənab İlham Əliyev ailədən gələn, şəxsiyyətdə formalaşan xarizmasını dünyanın gözü qarşısında sərgiləyir. O sivil, demokratik qaydalarda mübarizə aparır.”

Bu il mart ayının 15-də Bakı Slavyan Universitetində (BSU) pedaqoji fakültənin və İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə pedaqoji fakültədə təhsil alan tələbələr üçün Auditoriya + layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz: ənənə və müasirlik” mövzusunda seminar keçirilmişdi. Seminarda iştirak edən yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Natəvan Dəmirçioğlu “Ənənə və tendensiya: milli-mənəvi dəyərlərin alınması və ötürülməsi” mövzusunda auditoriya qarşısında mühazirə oxumuşdu. Natəvan Dəmirçioğlu gənclərin layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi normaların ictimai şüura təsirində Azərbaycan xalqının zəngin adət-ənənələrinin, mental dəyərlərinin rolunu önə çəkib, bu ənənələrə müasir yanaşma ehtiyacı duyulduğunu söyləmişdi.

Bu günlərdə isə BSU Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrasının “Auditoriya+” layihəsi çərçivəsində böyük oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin qonağı görkəmli yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlunun “Taleyi və şəxsiyyəti işıqlı bir xanım - akademik Zərifə Əliyeva” adlı mühazirəsi maraqla qarşılanmışdır. Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, oftalmologiya elminə əvəzolunmaz töhfələr vermiş böyük alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti, Azərbaycan qadınlıq tarixində tutduğu parlaq yer barədə xanım yazarın dedikləri tələbələr tərəfindən diqqətlə dinlənilmişdir. Hörmətli qonaq, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri Natəvan Dəmirçioğlu özünün dediyi kimi, Zərifə xanımın xatirəsinin işığında bir sıra digər məsələlər barədə də tələbələrlə fikir bölüşmüşdür.

Onları Azərbaycanın dövlət maraqları, xalqımızın mənafei, milli-mənəvi dəyərlər sistemimizin qorunması və mühafizə edilməsi naminə fəal, savadlı və aydın ictimai mövqeyi olan vətandaş görməık istədiyini səsləndirmişdir.

Şükufə Ağakişiyeva

Bakı Slavyan Universitetin dosenti


Kateqoriya : SOSİAL Baxış sayı : 431

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...