CƏMİYYƏT
A- A A+

Strateji hədəflər, nəhəng enerji layihələri, mövcud reallıqlar

2019-04-30 10:25:42

XX əsrin sonunda SSRİ adlı nəhəng bir imperiyanının çöküşü dünyada o cümlədən Cənubi Qafqaz regionunda bir sıra dəyişikliklərə səbəb oldu

Soyuq müharibənin başa çatması ilə beynəlxalq münasibətlərin əsas güc mərkəzləri yeni geosiyasi reallıqlardan çıxış edərək öz fəaliyyətlərini mövcud şəraitə uyğunlaşdırmağı qərara aldılar.

Həmin dövrdə mövcud olmuş beynəlxalq münasibətlər sisteminin süqutu ilə yanaşı, yeni siyasi sistemin əsası qoyulmağa başladı. Bütün bu transmilli proseslər digər postsovet respublikalarında olduğu kimi, Azərbaycan dövləti qarşısında da öz milli inkişaf və təhlükəsizlik siyasətinin formalaşdırılması, ümumi strategiyasının yaradılması və həyata keçirilməsi vəzifəsini irəli sürdü.

Onu qeyd etmək istərdik ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Məhz həmin dövrdən başlayaraq transmilli hədə və təhdidlər başladı. Azərbaycanın dövlət müstəqilliyinin qazanılması mənəvi qürür məsələsi olmaqla yanaşı iqtisadi resurslara sahib olmaq üçün yeni imkanlara şərait yaratdı. Hər bir dövlətin və xalqın öz iqtisadi sərvətlərinə sahib olması və bu resurslardan düzgün istifadə olnnması zəruri bir məsələ idi. Çox müsbət haldır ki, Azərbaycan bu mərhələləri çox uğurla keçib strateji hədəflərinə doğru irəliləyə bildi.

Ölkə rəhbərliyinin çox düşünülüş siyasəti nəticəsində 1994-cü ildə sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Məhz bu saziş Azərbaycanın gələcək strateji hədəflərini müəyyən etməklə bərabər, dünyanın bir çox nəhəng neft şirkətlərininin regiona cəlb olunmasına təkan verdi. Dünyanın iqtisadi-siyasi proseslərinə birbaşa təsir etmək gücündə olan həmin şirkətlər hazırda Azərbaycanı özlərinə ən etibarlı tərəfdaş hesab edirlər. Azərbaycanın sosial-iqtisadi inkişafının ilkin mərhələsini nəhəng enerji layihələri təşkil etdi. Heç şübhəsiz ki, bu inkişaf prosesi neftdən asılılıq yaratmadı. Əslində bir çox sahələrin inkişafında neft amili vasitəyə çevrildi. Cənubi Qafqaz regionunun geoiqtisadi və geostrateji vəziyyətinin müqayisəli şəkildə tədqiq olunması onu bir daha sübut edir ki, dünyanın geosiyasi reallıqlarına ən çox təsir göstərən neft-qaz amili bu gündə aktualdır. Bu faktor beynəlxalq və regional münaqişələrin həllnə təsir edə bilməsə də, dövlətlərarası iqtisadi münasibətləri tənzimləyir. Digər tərəfdən dünyanın nəhəng neft-qaz şirkətlərinin iqtisadi maraqları bir çox siyasi proseslərə təsir göstərmək gücündədir.

Azərbaycan real imkanlardan, potensial enerji ehtiyalarından faydalanaraq son illərdə mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yarada bilmişdir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr məhz bunun nəticəsində böyük uğurlarla nəticələnmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub qaz dəhlizi”nin seqmentləri buna aydın misaldır. Neft-qaz və ixrac layihələrini həyata keçirərək qazandığı təcrübə və maliyyə vəsaitləri Azərbaycana beynəlxalq əhəmiyyətli nəqliyyat qovşaqları yaratmağa da imkan verib.

Onu da qeyd edək ki, iki qitəni birləşdirən dəmir yolu xətti Avrasiya məkanında nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində mühüm addımlar atıldı. Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə qədim İpək yolunun polad magistrallar üzərində bərpası deməkdir. Bu son illərin ən önəmli layihəsidir. Artıq Asiyadan və Avropadan müxtəlif istiqamətlərə gedən yüklər Azərbaycanın ərazisindən keçir. Beləliklə, Azərbaycanın ərazisindən keçən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri bir sıra ölkələrin iqtisadi əməkdaşlığına təkan verdi. Bu ölkələr arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihənin fəal iştirakçısı və üzvüdür. Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycandan keçən avtomobil və dəmir yolu hissələri Ələtdə kəsişir.

Bu ərazidə inşa edilən liman Xəzər hövzəsinin ən böyük beynəlxalq ticarət limanıdır. Məhz bütün bunlar - avtomobil, dəmir və su yollarının birləşməsi Azərbaycanın mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradıb.

Bu yaxınlarda Pekində keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu da nəhəng enerji layihələrinin strateji hədəfləri sırasındadır.Bu layihə dünyada gedən iqtisadi-siyasi prosesləri çox fərqli istiqamətlərə yönəldəcəyi ehtimalını gücləndirir.

Əkrəm Bəydəmirli Qərbi Kaspi Universitetinin dissertantı


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 733

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...