TƏDQİQATLAR
A- A A+

Həqiqətin izi ilə

2015-09-15 09:05:32

“1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər,UNUDULMAYAN TARİX” kitabı haqqında

Tarixi faciələrimizin tədqiqinə daha bir dəyərli sənədli əsər narahat dünyamızda baş verən hadisələr fonunda Azərbaycanın da məcburi cəlb olunduğu Dağlıq Qarabağ problemi özünəməxsusluğu ilə digər beynəlxalq səviyyəli münaqişələrdən seçiləndir.Bunu ona görə qeyd etmək lazımdır ki, bəzi siyasilər Dağlıq Qarabağ münaqişəsini hansısa ölkənn problemi ilə eyniləşdirir, bənzərlik paralelləri aparmağa çalışırlar.

Halbuki iki əsrdən çox imperialist qüvvələr tərəfindən “cəzalanan” Azərbaycanın qəlbində “erməni yarası”açaraq bölgədə öz təsir və təzyiq mexanizmini işə salmışlar. Və bu mexanizm o qədər zərgər dəqiqliyi ilə düşünülmüş,məkrli və planlı şəkildə hazırlanmışdır ki, günümüzdə də eyni “ssenari”üzrə işləməkdədir.Yəni,torpaqlarımızda yerləşdirilən ermənilərin ərazi iddiaları və milli-dini zəmində ayrı-seçkilik bəhanəsi onların əsas hədəfləridir. Halbuki çoxmillətli Azərbaycanda digər etniklər də (yəhudi,kürd,talış,rus,ləzgi,tat,udin,alman,avar,engiloy və s.) bərabər hüquqa malik olaraq azad şəkildə Azərbaycan türkləri ilə qardaşcasına hər zaman normal həyat yaşamışlar.Və bu gün də dünya bunu görür. Bəs Azərbaycan niyə cəzalandırılmalıdır, nə günah sahibidir? Bu sualın bircə cavabı budur ki,yeraltı və yerüstü resurslarla zəngin olan, geostrateji cəhətdən çox mühüm və əlverişli məkanda yerləşən,dünyanın on  biriqlimindən doqquzuna malik Azərbaycanı yenidən parçalayıb hökm sürməkdir.Ya parçalanıb kiçik məmləkət kimi böyük dövlətlərin vassalı olmalı, ya da qanlı döyüş səhnələrinin iştirakçısına çevrilməlidir.

(1918 və 1990-cı ildəki Bakı qırğınları buna misal-Ş.A ) Müasir dünyamızda hegemonluq iddiasında olanların beynəlxalq siyasət anlamı da belədir:“kim güclüdür,o da haqlıdır”.Elə Yaxın Şərqdə,Afrikanın şimalında, Mərkəzi Asiyadakı dağıdıcı hərbi-siyasi mənzərə bunu təsdiqləyir. Ən əsası isə 23 ildən bəri həllinə ikili,üçlü yanaşılan Dağlıq Qarabağ münaqişəsi. Necə deyərlər,birinə dil verilir,o birinə gül...Amma hamı gözəl bilir ki,vassal ermənilərin ötən yüzillikdə xalqımıza qarşı kütləvi soyqırımları, deportasiyalar,terror aktlarının davamı elə Dağlıq Qarabağ münaqişəsidir. Qədim zamanlarda da Azərbaycanı “qurdlar öz süfrəsində” görməyə çox cəhdlər etmişlər.
 Hətta məlum fakt kimi təkrar nəzərə çatdıra bilərik ki, Böyük Vətən Müharibəsi zamanı Adolf Hitler də bu “şirin tikə”ni dadmağa çalışıb,böyük Yaradanın hökmü ilə arzusu ürəyində qalıb. Bütün bu həqiqətlərə yenidən nəzər salan istedadlı qələm dostumuz,tədqiqatçı jurnaist-publisist, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əkrəm Bəydəmirli, ötən əsrin əvvəlində Bakı və onun ətraf bölgələrində erməni-bolşevik dəstələrinin törətdikləri misli görünməmiş qırğınları bir daha araşdıraraq ortaya “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, UNUDULMAYAN TARİX” adlı maraqlı və Azərbaycan tarixi üçün çox sanballı bir sənədli əsər çıxarıb. Və bu da düşmənlərin yalanlarının ifşası üçün,onları ideoloji baxımdan tərki-silah edilməsinə tutarlı silahdır. Həmçinin təkcə dünənin, bu günün deyil, sabahın da “milli silahı”dır. Çünki həmin hadisələr uzun illər yaddaşlarda məcburi “dondurularaq”erməni daşnak vəhşiliyi barədə təbliğat yasaqlanmışdı ki, gələcək nəsillər öz düşmənini yaxşı tanımasın.

Unutmayaq ki, düşmənlər də Azərbaycana qarşı təkcə hərbi-siyasi deyil,həm də ekoloji,psixoloji və ideoloji müharibə aparmaqda davam edir. Əgər əsgərin silahı hərbi sursatdırsa, jurnalistin də silahı onun qələmdir ki, bunu da vətənpərvər jurnalist və ən əsası isə əsl Azərbaycan oğlu Əkrəm bəyin yüksək alqışalayiq tədqiqatında görmək mümkündür. Bu tədqiqatların nəticəsi kimi kitabın içində cərəyan edən hadisələr 4 fəsildən ibarətdir. Birinci fəsilə 1918-ci il soyqırımın araşdırılması zərurəti, bu hadisələrə qədər bəzi məqamlar, təkrar olunmayan tarix və oxşar proseslər, erməni terrorizmi ,tarixi həqiqətlər daxildir. “O zaman xalqımıza qarşı soyqırım nəyə görə və necə baş verdi?”-sualının cavabını çox sadə dildə oxucuya şərh edən müəllif, indiyədək tarixşünaslıqda yetərincə məlumatların da olmasını təsdiqləyib.
Kitabda digər fəsillərdə olan mövzu başlıqları o qədər cəlbedicidir ki, oxucu və ya bölgəmizdə baş verən olaylara maraq göstərən əcnəbi qələm əhli üçün də maraqlı görünə bilər. Məsələn, kitabın ikici fəsilində 1918-ci il hadisələrini uşaqlıqdan qan yaddaşlarına hopduran insanlarımız Bakıda, Şamaxıda, Qubada sağ-salamat yaşayıb uzun ömür sürmüşlər. Sanki, ulu Tanrı bu insanlara ona görə uzun ömür bəxş etmişdir ki, onlar şahidi olduqları faciələri Əkrəm Bəydəmirli kimi xalq elçilərinin vasitəsi ilə yetişən nəsiillərə çatdırsınlar.
 Məsələn,162 səhifədən ibarət olan kitabın ən maraq doğuran məqamlardan biri də canlı şahidlərin öz dili ilə dediklərini müəllifin lent yazısına və oradan da tədqiqat əsərinə daxil etməsidir.
Məlumat üçün deyək ki, 2013-cü ildə tədqiqat zamanı Qubanın Digah kəndində yaşayan 114 yaşlı Saat Əhmədova ömrünün son günlərində Əkrəm bəylə söhbətləşməyə macal tapıb. Saat nənə 1918-ci il hadisələrinin canlı şahididir. Onun sözlərinə görə erməni quldurları Qubanın adıçəkilən kəndindəki dərəyə gələrək (sonralar bu yer Qanlı dərə adlanıb..Eyniadlı dərə Kəlbəcərdə də mövcuddur.-Ş.A) əhaliyə divan tutublar. Saat nənənin sözlərindən bəlli olur ki,ermənilər orada tarixi abidələrimizi və hətta məzarlıqları da güllə yağışına məruz qoyublar.Bu faktların müasir dövrdə işğalda qalan yurd yerlərimizdə təkrar olunduğunu insanlarımız yaxşı anlayır. Digər ən yaşlı şahidlərdən biri də Bakının Xəzər rayonunun 106 yaşlı Qala kənd sakini Kamalov Rza Malum oğludur. Rza baba da ahıl çağında olmasına baxmayaraq yaddaşı möhkəmdir. Özünün dediyinə görə, Bakı qırğınları zamanı onun 8 yaşı olub.Həmin dəhşətlərdən bəhs edən Rza Kamalov yerli əhalinin xilası üçün canından keçən igid Azərbaycan oğullarının da adını çəkib. Digər qocaman şahidlər də müəlliflə görüşlərində yerli özünü müdafiə dəstələrinin Qafqaz Türk İslam Ordusu ilə birgə düşmənə sarsıdıcı zərbələr endirmələrindən danışıb, həlak olanların ruhlarına rəhmət oxuyublar. Kitabın üz qabığına çəkilmiş Azərbaycan xəritəsində 20 faiz işğal olunmuş ərazilərimiz,1918-ci il Quba Soyqırım Xatirə Kompleksinin ümumi görünüşü, səhifələrdə isə kütləvi qətlə yetirilmiş insan sümükləri,  Prezident İlham Əliyevin Xatirə Kompleksi önündə ziyarəti və çıxışından bəzi məqamlar, 1918-ci il şəhidləri və şahidlərinin fotoları və sairələr tarixi -tədqiqat əsərinin dəyərini daha da artırır.

Ötən ay Bakı Beynəlxalq Mətbuat Mərkəzində Əkrəm Bəydəmirlinin haqqında bəhs olunan “1918-ci il  hadisələri; dünyasını dəyişən şahidlər,UNUDULMAYAN TARİX” adlı “kitabının təqdimat mərasimi keçirildi. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin birgə keçirdiyi ən uğurlu layihələrdən biri hesab etmək olar.
Çünki,iş göz qabağındadır. Aparılan tədqiqatların nəticələri müəllifin  beş llik ağır zəhmətinin bəhrəsini vermişdir. Sadəcə mətbuat konfransında deyildiyi kimi bu işlər bundan belə də davam etdirilməli, həmin əsərin müxtəlif  beynəlxalq dillərdə nəşrinə və sənədli filmin çəkilişinə nail olunmalıdır. Nə olar, biz də bu ağır missiyanın öhdəsindən bacarıqla gələn, iki kitabın müəllifi Əkrəm Bəydəmirliyə və layihənin gerçkləşməsinə dəstək verənlərə dərin təşəkkürlərimizi bildiriririk.Necə deyərlər, Azərbaycanızın varlığı naminə bundan belə də fəaliyyətiniz daha da güclü olsun!

 

 Şahnaz  Azərtürk

  • @continue

Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 2287

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...