MÜSAHİBƏ
A- A A+

Səfir Abzal Saparbekulı: Heydər Əliyev Fondunun vətənpərvərlik mövzusundakı layihələri mühüm əhəmiyyətə malikdir

2019-04-29 08:40:18

.

Heydər Əliyev Fondunun vətənpərvərlik mövzusunda həyata keçirdiyi layihələr çox dəyərlidir və böyük əhəmiyyət daşıyır. Belə layihələrdən biri kimi, "Əli və Nino" əsərinin ekranlaşdırılması çox önəmlidir və bu, Azərbaycanın kino həyatında böyük bir hadisədir.

Bu fikirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən "Əli və Nino" filmi barədə fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşən Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı söyləyib.

Filmin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı şərəfli mübarizədən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, eləcə də XX əsrin əvvəllərində Qafqazda baş verən mürəkkəb proseslərdən bəhs etməsinin əhəmiyyətini vurğulayan səfir deyib: “Əli və Nino” filmi tamaşaçıya xalqlar arasında dostluq və qardaşlıq duyğusunu aşılayır. Bu film Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra çəkilən ən dəyərli ekran əsərlərindən biridir. Azərbaycanın zəngin tarixi və şərəfli müstəqillik yolu var. Bu tarixin və milli azadlıq mübarizəsinin əhəmiyyətli bir parçasını özündə əks etdirən “Əli və Nino” filminin mövzusu hər zaman aktual olmaqla bərabər, düşündürücü məzmuna malikdir. Heydər Əliyev Fondunun vətənpərvərlik mövzularında filmlərin çəkilməsinə geniş yer verməsi olduqca təqdirəlayiqdir”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 589

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...