MƏDƏNİ
A- A A+

Londonda “Ağı” kitabının təqdimatı keçirildi

2019-04-27 09:15:14

.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Azərbaycan Qadınlar Assosiasiyası (AWA) və Bakı Kitab Mərkəzinin dəstəyi ilə Londonda “Ağı” (“Cry”) kitabının təqdimatı keçirilib.

AzərTAc xəbər verir ki, kitaba yazıçı Günel Anarqızının “Qarabağ hekayələri” və şairə Leyla Bəyimin “Qarabağ şikəstəsi” adlı poeması daxildir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Ağı” kitabında bəhs olunan Qarabağ mövzusunun əhəmiyyəti və aktuallığında danışaraq kitabı ərsəyə gətirən müəlliflərə və nəşr edən Bakı Kitab Mərkəzinə təşəkkürünü bildirib.

Daha sonra Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyasının yaradıcısı və rəhbəri Ülviyyə Tağızadə tədbir iştirakçılarını salamlayaraq layihənin gerçəkləşməsinin assosiasiya üçün önəmli hadisə olduğunu vurğulayıb.

Kitabın müəlliflərindən şairə Leyla Bəyim layihənin özəyində bütün dünya azərbaycanlılarının birləşməsi və ən əsası analarımızın haqq-ədalət səsinin hər yerdə duyulması ideyasının dayandığını vurğulayıb.

Bakı Kitab Mərkəzinin direktoru yazıçı Günel Anarqızı isə çıxışında kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonda BP şirkətinin London ofisinin Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktoru Leyla Novruzova və Londondakı TEAS nəşriyyat evinin redaktoru Nil Vatson əsərdən parçalar səsləndiriblər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 158

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...