QHT və MEDİA
A- A A+

“Jewish Journal” nəşrində minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında məqalə dərc olunub

2019-04-26 09:05:29

Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında” sərlövhəli məqaləsi dərc olunub

Fransanın nasistlər tərəfindən işğal edildiyi dövrdə Parisdə İranın konsulu olmuş, iranlı diplomat, mənşəcə Azərbaycandan olan Əbdülhüseyn Sərdari Qacar bu dövrdə neçə-neçə yəhudinin həyatını xilas edib.

Müəllif yazır ki, 1789-1925-ci illərdə İranı idarə edən məşhur qacarlar sülaləsinə mənsub olan Əbdülhüseyn Sərdari Qacar İranın 30 milyonluq azərbaycanlılar icmasının üzvü idi.

1940-cı ilin sentyabr ayında nasist işğalçı qüvvələri Fransada yaşayan bütün yəhudilərin polisdə qeydiyyat alınmasını əmr etdilər. Sərdari Qacar Vişi hökumətinə məktubla müraciət edərək bildirib ki, həmin dövrdə Fransada yaşayan iranlı yəhudilər əslində öz mədəniyyətlərinə və qarışıq nikahlara görə farslarla yaxşı assimilyasiya olunublar və onlar yəhudi sayılmamalıdırlar. Əbdülhüseyn Sərdari Qacar yazırdı: “Aparılmış tədqiqatlara görə Mərkəzi Asiya yəhudiləri yalnız iudaizmin əsas mərasimlərinə riayət etdiklərinə görə yəhudi icmasına mənsubdurlar. Onlar öz qanına, dilinə və adətlərinə görə yerli irq ilə assimilyasiya olunur və qonşuları farslar və sartlar (özbəklər) kimi bioloji struktura malikdirlər”.

Əbdülhüseyn Sərdari Qacar bu fikirləri dönə-dönə söyləyib və nəhayət, öz planını uğurla reallaşdıra bilib. Fransada bütün yəhudilər Davidin sarı ulduzunu daşımağa məcbur olanda və 75.000 yəhudi nasist ölüm düşərgələrinə göndəriləndə iranlı yəhudilər üçün istisna tətbiq edildi. Bundan əlavə, Sərdari Qacar öz hökumətinin razılığı olmadan yəhudilərə yeni İran pasportları verməyə başlayıb və beləliklə onlar Avropanı tərk etmək imkanı qazanıblar. Bu riskli addım sayəsində təqribən 3 min yəhudinin həyatını xilas etmək mümkün olub, çünki pasportlar bütöv ailələrə və onların dostlarına verilirdi.

Sərdari Qacarın xilas etdiyi yəhudilərin çoxu Los-Ancelesdə yaşayır. 2004-cü ildə onun bu nəcib hərəkəti Los-Ancelesdəki Simon Vizental adına Mərkəzdə qeyd edilib.

Bu cəsur azərbaycanlının xatirəsini başqa yəhudi təşkilatları da yad ediblər. Müəllif M.Yevdayev məqalənin sonunda yazır: “Mən çox ümid edirəm ki, Simon Vizental Mərkəzi, ABŞ Holokost Xatirə Muzeyi və digər yəhudi müəssisələri axır ki, Sərdari Qacara lazımi qiymətini verəcək, onun Azərbaycan mənşəli olması etiraf ediləcək”.

Yəhudilərlə Azərbaycan xalqı 2000 ildir ki, dinc yanaşı yaşayır. Bu baxımdan Əbdülhüseyn Sərdari Qacarın mənşə etibarilə azərbaycanlı olması faktının tanınması çox vacibdir.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 184

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...