QHT və MEDİA
A- A A+

QHT yeni layihənin icrasına başlayıb

2019-04-25 06:35:23

.

Bütün dünyada olduğu kimi bazar iqtisadiyyatının təşəkkül tapması və dayanıqlı tərəqqinin təmin olunmasında əsas aparıcı qüvvə sahibkarlıq və onun da daxilində kiçik və orta tipli müəssisələrdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ölkənin ÜDM-nin artımından kiçik və orta sahibkarlığın rolu böyükdür.

Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hökümət tərəfindən bir sıra tədbrilər həyata keçirilməkdədir.

Bunların içərisində son dövrlər Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2018-ci il tarixli sərəncamı ilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyini göstərmək olar. Bu gün kiçik və orta sahibkarlığın dayanıqlı maliyyə təminatı sisteminin formalaşdırılması KOS-ların qarşısında dayanan ən aktual məsələlərindəndir.

Bunları nəzərə alaraq, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə may ayının 1-dən yeni layihənin icrasına başlayır. “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsi regionlarda kiçik və orta sahibkarlığın üzləşdiyi maliyyə mənbələrinə çıxış problemlərindən, bunun üçün ortaqlıq yolu ilə biznesə əlavə investisiyanın cəlbinin mümkünlüyündən və praktik həllərin irəli sürülməsindən bəhs edir. Layihə çərçivəsində treninqlər keçiriləcək, sosial şəbəkələrdə müzakirələr təşkil olunacaq, kitabçalar nəşr olunacaq. Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 383

QHT və MEDİA

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

2019-10-12 16:50:30

QHT və MEDİA
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir ...

CƏMİYYƏT

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

2019-10-02 08:20:52

CƏMİYYƏT
Oljas Süleymanov azərbaycanlıları öz dər...
Oljas Süleymanov azərbaycanlıları öz dər...

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Ç...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...