QHT və MEDİA
A- A A+

Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin görüşü keçirilib

2019-04-24 08:00:17

Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin 7-ci görüşü keçirilib

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazirliyin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edib.

Bu görüşün türk dünyası ölkələri arasında mövcud olan həmrəylik və əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdıran E.Sultanov, ortaq türk mirasının YUNESKO-da təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra E.Sultanov, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq sərəncamı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və bu proses çərçivəsində bu ilin 2-3 may tarixlərində keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumu haqda danışdı. O, Azərbaycan Respublikası və YUNESKO arasında əlaqələrin inkişafında, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğuladı.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini bildirən E.Sultanov, Ermənistan tərəfindən məhv edilmiş mədəni irsimizin eyni zamanda Türk dünyasının ortaq mirası olduğunu diqqətə çatdırdı və bu məsələnin YUNESKO-da gündəmə gətirilməsində TÜRKSOY-a üzv dövlətlərin dəstəyinin vacib olduğunu vurğuladı.

Qeyd olunmalıdır ki, Oş şəhərinin 2019-cu il Türk dünyasının mədəni paytaxtı elan edilməsi münasibətilə keçirilən təntənəli tədbirlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 207

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...