SOSİAL
A- A A+

Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışı olub

2019-04-23 07:00:23

.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çərçivəsində həyata keçirilən idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aprelin 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti aviasiya təmiri zavodunda olub. Müdafiə nazirinə təyyarə və helikopter aqreqatlarının, mühərrik və reduktorlarının, aviasiya texnika və avadanlığının, eləcə də radioelektron avadanlıq və aviasiya silahlarının təmiri sexlərində həyata keçirilən cari fəaliyyətlər barədə məruzə olunub. Nazir aviasiya vasitələrinin hazırlığı, aqreqatların cari təmiri və reqlament işlərinin gedişi ilə maraqlanıb.

Sonra müdafiə naziri Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcı təyyarələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib.

General-polkovnik Z. Həsənov mərkəzin aviasiya mühəndisləri, aviasiya silahları, uçuşların idarəolunması və təhlili siniflərində olub, hərbi pilotların hazırlıq məşqlərini izləyib və müvafiq tapşırıqlar verib. Müdafiə nazirinə məruzə olunub ki, burada quraşdırılmış simulyasiya qurğuları eyni vaxtda iki və ya dörd təyyarənin uçuşunu təmin etməyə imkan verir.

Müdafiə nazirinə uçuş heyəti üçün nəzərdə tutulan yüksəklik ləvazimatları və avadanlıqları nümayiş etdirilib. Mərkəzdə yaradılan şəraitlə tanış olduqdan sonra nazir hərbi pilotlarla müşavirə keçirib və onların qarşısında konkret tapşırıqlar qoyub.

Sonda müdafiə nazirliyinin rəhbərliyi uçuş heyəti ilə birlikdə nahar edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 533

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...