SOSİAL
A- A A+

Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunan tədbir keçirilib

2019-04-22 10:10:22

.

.V.Mustafazadə adına Mədəniyyət Mərkəzində “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi.

Fact-info..az-a daxil olan məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyə və İran səfirliklərinin, o cümlədən Bakı Şəhər Mədəniyyət Baş idarəsinin təmsilçiləri, Rus İcmasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin müavini Anara Hacıbəyli bildirdi ki, 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar bu əlamətdar gün təsis olunub. 1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış etmiş və həmin vaxtdan dünyanın bir çox ölkələrində Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunmaqdadır. Azərbaycan UNESKO ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq edir. Qeyd edildi ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mədəniyyət siyasəti bu gün ölkəmizdəuğurla həyata keçirilir. Ölkəmizdə yeni mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri inşa olunmuş və ya əsaslı təmir edilərək istifadəyə verimişdir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində görülən işlər bu gün uğurla davam etdirilir. Natiq çıxışında bildirdi ki, Azərbaycanın I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi şərəfli ada layiq görüldükdən sonra ölkəmizin bu qurumla əlaqələri yeni tarixi mərhələyə daxil olmuş, xalqımıza məxsus qədim əsərlərin irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi addımlar atılmış, muğam kimi incəsənət incimiz “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir.

Türkiyə və İran səfirliklərinin nümayəndələri İrfanÇifçi və Əskər Farsi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiyadan Şərqi İzmayılova dairəsinin “YedinayaRossiya” partiyasının İcra komitəsinin sədri, deputatYekaterinaQorbaçyova, Rusiya Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova hamını salamlayaraq ölkələr arasında münasibətlərin, o cümlədən iqtisadi və mədəni əlaqələrin vacibliyini tədbir iştirakçıların diqqətinə çatdırdılar.

Çıxışlardan sonra YUNESCO-nun qeyri-maddi dəyərlər siyahısına daxil olan Dolma, Lavaş, Kələğayı və musiqi ələtlərimizin sərgisi nümayış olundu. Tədbirdə bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan dolma sərgilənib, həmçinin Türkiyə, İran və Rus ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 586

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...