QHT və MEDİA
A- A A+

Avropada Azərbaycan mədəniyyəti nümayiş olunub

2019-04-22 08:00:03

İsveçdəki Azərbaycan diaspor təşkilatları Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizin musiqi və rəqslərini nümayiş etdiriblər.

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub.

Türk diasporunun üzvilərinin giriş sözü ilə başlayan tədbirdə iştirak edən İsveç-Azərbaycan Dərnəyinin üzviləri də çıxış ediblər. Dərnək üzviləri ölkəmiz haqqında məlumat verərək, Azərbaycanda uşaqlara və onların hüquqlarının qorunmasına mühüm önəm verildiyini qeyd ediblər.

Tədbirin bədii hissəsində yerli ictimaiyyətə İsveç-Azərbaycan Birliyinin uşaq rəqs qrupu tərəfindən təqdim olunan “Naz eləmə” və “Nəlbəki” Azərbaycan milli rəqsləri böyük marağa səbəb olub.

Tədbirdə, konsertlə yanaşı müxtəlif türkdilli ölkələrinin nümayəndələrinin iştirakı ilə bayram yarmarkası da təşkil olunub. Yarmarkada, bu ölkələrin diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, milli geyimlərini, adət-ənənələrini nümayiş ediblər.

Builki yarmarkada ölkəmizin mədəniyyətini və adət ənənələrini Stokholmda yeni fəaliyyətə başlamış “Tumurcuq” Azərbaycan Dram teatrı nümayiş etdirib. Teatrın fəalları və üzviləri qonaqlara Azərbaycanla bağlı müxtəlif maraqlı məlumatlar verib və onları ənənəvi milli şirniyyatlara qonaq ediblər. Milli geyimlərdə olan teatr iştirakçıları Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıblar.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 215

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...