SİYASƏT
A- A A+

Əli Hüseynli: Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır

2019-04-19 09:10:27

.

Aprelin 18-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası və “Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqun Tavriya sarayında keçirilən tədbirlərdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.

Konfransı açan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko terrorizmlə mübarizənin hamılıqla aparılmasının vacibliyini vurğulayaraq bildirib ki, heç kim təkcə özü üçün təhlükəsiz şərait qura bilməz. Bu işdə milli parlamentlər və parlamentlərarası təşkilatların əməkdaşlığının səmərə verə biləcəyini söyləyən Federasiya Şurasının sədri internet vasitəsilə ekstremizmlə mübarizə aparılması məsələsini önə çəkib. O deyib ki, Rusiyada 20 milyona yaxın müsəlman yaşayır və tarixən bu torpaqlarda heç zaman dinlərarası müharibə baş verməyib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda çıxış edərək bildirib ki, həll olunmamış münaqişələr, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir. O vurğulayıb ki, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan “boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir. Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur.

Əli Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir. Respublikamız təhlükəsizlik və sabitlik göstəricisinə görə regionun lider ölkəsidir.

Komitə sədri vurğulayıb ki, Milli Məclis də terrorizmlə mübarizə sahəsinə öz töhfəsini verir. Azərbaycanda terrorizmə çağırış, dini radikallıq və ya fanatizmə, həmçinin ölkənin hüdudlarından kənarda hərbi silahlı birləşmələrdə iştiraka görə cinayət məsuliyyəti, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda isə terrorçuluq fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulub. Əli Hüseynli regionda sabitliyin və təhlükəsizliyin qorunmasında Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlıq formatının əhəmiyyətini də diqqətə çatdırıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 335

QHT və MEDİA

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...