SOSİAL
A- A A+

Elçin Quliyev sərhədçilərin döyüş fəaliyyətini yoxladı

2019-04-18 10:55:33

2019-cu ilin 17 aprel tarixində Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədin­də Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxla­yıb

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, Səfər çərçivəsində “Samur” dövlət sərhədindən bu­raxılış mən­­təqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliy­yə­­tə baxış keçirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurla­rının sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra və­ziyyəti və bu istiqamətdə gö­rülən tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məq­­­­­­­­sə­­dilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edil­ib, ölkə­yə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzə­rində sər­­həd nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və keçid müd­dət­­lə­rinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib.

Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxs­­lərinin məruzələri dinlənilib, müqabil əra­zidə baş vermiş tex­niki na­saz­lıq səbəbindən buraxılış rejimində ya­ran­mış sıxlıq halları ilə əlaqə­dar görülməli olan təd­birlər haqqında müvafiq göstərişlər verilib.

Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun işti­rakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı­sında abadlaşdırılma işlərinin aparılması məsələləri müzakirə olunub, Azərbay­can Res­pub­­­likasının və Rusiya Federasiyasının hökumətləri arasında im­za­lan­mış Sa­zişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpü­nün in­şa­sı ilə əla­qədar görülən işlərə baxış keçirilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin əra­zisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçi­rilib, dövlət sərhədinin etibarlı mühafizəsinin tə­min edil­məsi, qanunsuz miqrasiya va qaçaqmalçılıq məq­səd­lərilə dövlət sər­hədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin güc­lən­dirilməsi üzrə tapşırıqlar verilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 399

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...