SİYASƏT
A- A A+

Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edib

2019-04-17 17:25:10

.

Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflər ərazi bütövlüyü, xalqların təyini-müqəddərat hüququ və güc tətbiq edilməməsi prinsipləri əsasında razılıq yolları axtarışını nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Moskva-Baku” portalına müsahibəsində aprelin 15-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edərək bu fikri söyləyib.

S.Lavrov həmin müzakirələrin 2016-cı ildə Rusiya tərəfindən təklif edilmiş plan əsasında aparılması barədə sualı şərh edərək deyib: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xatırladıb ki, bu təkliflər həmin iclasın yekunları barədə müsahibələrin birində müzakirə olunub. Ona görə də burada mənim nə isə əlavə etməyimə ehtiyac yoxdur. Bu təkliflərin mahiyyətinə gəldikdə isə, onlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və Birləşmiş Ştatların rəhbərlərinin çoxsaylı bəyanatlarında təsbit edilmiş yanaşmalara uyğundur. Onlar münaqişə tərəfləri arasında ərazi bütövlüyü, xalqların təyini-müqəddərat hüququ və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan razılıq yolları axtarılmasını nəzərdə tutur.

Mən sadəcə təklif edirəm ki, siz dövlət başçılarının bu silsilə bəyanatlarına və keçən ilin dekabr ayında Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilmiş son bəyanatlara nəzər salasınız. Bu işin bütün əsas istiqamətləri orada şərh olunub. Əlbəttə, təfsilat məxfi xarakter daşıyır”.

Rusiyalı nazir daha sonra əlavə edib ki, görüşün yekunlarına əsasən humanitar tədbirlər barədə razılaşmalar birgə bəyanatda açıq şərh edilib. “Razılaşmaların mahiyyəti ondan ibarətdir ki, tərəflər, xüsusən kənd təsərrüfatı işləri aparılan dövrdə, vəziyyətin sabitləşməsi üçün səylərini artırmalıdırlar. Razılaşmalar insanların həbsxanada saxlanılan doğmalarına və yaxınlarına baş çəkmələri üçün şərait yaratmaqdan, KİV nümayəndələri də daxil olmaqla insanlar arasında əlaqələrin təşviq edilməsindən ibarətdir. Hesab edirəm ki, bu, çox faydalı razılaşmadır”.

S.Lavrov xüsusən humanitar sahədə belə tədbirlər barədə əvvəl də razılıq əldə edilməsi, lakin bu razılaşmaların heç də həmişə yerinə yetirilməməsi barədə şərhləri oxuduğunu qeyd edib. Rusiya XİN başçısı deyib: “Bu həqiqətdir. Lakin Moskvada yaradılmış bu əlaqələrin yekunlarına əsasən deyə bilərəm: budəfəki razılaşmaların kağız üzərində qalmaması həm Yerevanın, həm də Bakının maraqlarına uyğundur. Biz buna kömək edəcəyik”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 385

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...