SOSİAL
A- A A+

Milli Qəhrəmanın büstünün açılışı oldu

2019-04-15 08:40:40

Ağcabədi rayonunun Xocavənd kəndində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Sadıq Hüseynovun büstünün açılışı olub

"Report"un Qarabağ mərkəzi xəbər verir ki, şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə əklil və tər qərənfillər qoyublar.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, şəhidin ailə üzvləri və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Hüseynov Sadıq Dayandur oğlu 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1989-cu ildə Şuşa şəhər Polis Şöbəsinin sahə müvəkkili kimi işə başlayıb. O, ermənilərin torpaqlarımıza qarşı təcavüzü başlayanda polis əməkdaşı kimi döyüşlərə qatılıb. 1992-ci il martın 29-da döyüşlərdən birində ağır yaralansa da, silahını yerə qoymayıb. 1992-ci il aprelin 13-də erməni silahlı dəstələrinin Şuşanı raket atəşinə tutması zaman döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub.

Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edilib, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib.

Sadıq Hüseynov Azərbaycan Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" (ölümündən sonra) fəxri adına layiq görülüb. Təhsil aldığı Xocavənd kənd tam orta məktəbi onun adını daşıyır.


Kateqoriya : SOSİAL Baxış sayı : 528

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...