SİYASƏT
A- A A+

Qənirə Paşayeva AŞPA-nı Ermənistana qarşı səbirli davranmaqda qınadı

2019-04-13 10:35:29

Ermənistan Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını, AŞPA-nın 1416 saylı qətnaməsini və Sərsəng su anbarı ilə bağlı qətnaməsini yerinə yetirməkdən boyun qaçırır

Bu sözləri Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da "Azad müzakirələr"də səsləndirib.

Onun szölərinə görə, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina edib.

“Öz evinə dönə bilməyən məcburi köçkünlərin Avropa məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün, təəssüf ki, AŞ qurumları da ciddi addımlar atmadı və qərarın yerinə yetirilməsi üçün Ermənistanın sabiq rəhbərliyinə heç bir ciddi təzyiq göstərmədilər. Çox təəssüf ki, Ermənistanın yeni rəhbərliyi də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir”, - millət vəkili belə deyib.

Q.Paşayeva bildirib ki, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçməsinə baxmayaraq, onun yerinə yetirilməsi üçün AŞPA, AŞ qurumları Ermənistana qarşı hər hansı ciddi təsir və təzyiqlər göstərmir:

“Bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir, amma Ermənistan hələ də bu qətnaməni yerinə yetirməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan vermir”.

Millət vəkili, həmçinin Assambleyanın diqqətini Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş 2085 saylı qətnaməyə yönəldib və qətnamədə də deyildiyi kimi, Ermənistanın həmin su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməsinə son qoyulmasına çağırıb. “Ermənistan bu günə qədər bu qətnamənin də həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı əhalinin sıx yaşadığı bir neçə region bundan ciddi əziyyət çəkməkdə davam edir”, - deyə, Q.Paşayeva sözlərinə davam edib.

O, Assambleyanı qəbul olunmuş qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və Ermənistana təzyiqlər göstərməyə çağırıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 370

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...