MÜSAHİBƏ
A- A A+

Rafiq Quliyev: “Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş siyasəti nəticəsində ölkəmiz sabitlik məkanına çevrilib "

2019-04-13 09:40:54

Bu, bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təminatçısı Prezident İlham Əliyevdir

Bu fikirləri Fact-info.az-a açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyər üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzinin əməkdaşı, tanınmış rəssam, heykəltaraş, kulturoloq Rafiq Quliyev deyib.

Rafiq Quliyevin fikrincə, Prezident İlham Əliyevin qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasətinə sadiqlik və bu siyasətin modern yanaşmalarla davam etdirilməsi kursu dayanır. Azərbaycan son 16 il ərzində məhz Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş siyasəti nəticəsində sabitlik və təhlükəsizlik məkanına çevrilib. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq prosesə cəlb etmək mümkün deyil.

Rafiq Quliyev daha sonra əlavə edib: “Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. Ötən illərin mənzərəsinə nəzər saldıqda görürük ki, ölkəmiz sürətlə inkişaf edib. Hər bir dövlətin gücü onun iqtisadi və hərbi gücü ilə ölçülür. İqtisadi cəhətdən bütün sahələrdə inkişaf edən Azərbaycanda Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər”.

Rafiq Quliyev onu da əlavə edib ki, Fransanın nüfuzlu “Opinion Way” sorğu kompaniyası öz fəaliyyətində şəffaflığı, dürüstlüyü, peşəkarlığı əsas götürüb və belə sorğu keçirib. Yekunda belə nəticələr açıqlanıb. Bu nəticələr XALQ-PREZİDENT birliyinin vəhdətini bir daha təsdiqləyir. Bu sorğunun nəticələrini şərtləndirən ciddi faktorlar var. Cənab Prezidentin mütəmadi olaraq ziyalılarla, mədəniyyət işçiləri ilə, sadə vətəndaşlarlara görüşü, hər bir Azərbaycan vətəndaşının bütün problemlərinə həssaslıqla yanaşması və bu problemlərin çözülməsinə dəstək göstərməsi həmin sorğunun birbaşa nəticələrini şərtləndirən amillərdəndir.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 598

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...