MƏDƏNİ
A- A A+

“AVLIJA” portalı Üzeyir Hacıbəyli haqqında məqalə dərc edib

2019-04-12 10:10:17

Populyar “AVLIJA” portalında AZƏRTAC-ın xüsusi müxbiri Pərvanə Qarayevanın “Üzeyir Hacıbəyli Azərbaycan himninin müəllifidir” sərlövhəli məqaləsi dərc edilib (bax: https://www.avlija.me/portreti/uzeir-hadzibejli-kompozitor-himne-azerbejdzana).

Materialda dahi Azərbaycan bəstəkarının həyatı və yaradıcılığı, onun əsərləri və ictimai fəaliyyəti barədə məlumat verilir. Məqalədə qeyd edilir ki, bəstəkarın valideynləri Azərbaycan musiqi sənətinin beşiyi sayılan, el arasında “Azərbaycanın xalq konservatoriyası” adlandırılan Şuşa şəhərindəndir. Müəllif qeyd edir ki, Üzeyir Hacıbəyli Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) himninin müəllifidir. 1920-ci ilin aprelində AXC-nin süqutu dahi bəstəkarı çox məyus etmişdi. Daha sonra qeyd olunur ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra bu himnə ikinci həyat bəxş edilib.

Məqalədə Üzeyir Hacıbəyli qələminin məhsulları olan Azərbaycan musiqi sənətinin şedevrləri – “Koroğlu”, “Şah Abbas və Xurşid Banu”, “Rüstəm və Söhrab”, Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili komediyaları barədə də qısa məlumat verilir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 540

QHT və MEDİA

2020-04-10 09:50:16

QHT və MEDİA
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilə...

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-10 10:00:52

İQTİSADİ
Nazirlər Kabineti illik hesabatın yeni f...
Nazirlər Kabineti illik hesabatın yeni f...

Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesaba...

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...