SOSİAL
A- A A+

Xalqa və dövlətçiliyə xidmət

2019-04-11 20:05:15

11 aprel 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə " Xalqa və dövlətçiliyə xidmət" başlığı altında tədbir keçirildi

Dövlət Himninin səslənməsindən sonra millət vəkillərinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatları sədrləri, rayonun Ağsaqqallar Şurasının üzvləri, Qarabağ müharibəsi veteranları və Çernobıl əlillərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. "Ötən 16 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, respublikamız sürətlə inkişaf edib, bütün sahələrdə parlaq nailiyyətlər qazanıb.

Ötən ilin ən mühüm-əlamətdar hadisəsi isə prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu. Azərbaycan xalqı yenidən cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa və tərəqqiyə səs vermiş oldu. Dünyaya nümunəvi və mütərəqqi inkişaf modeli təqdim edən Azərbaycan bu gün, sözün əsl mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır".

Millət vəkili, Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Elman Nəsirov çıxışında ölkə başçısı cənab İlham Əliyevin 2019-cu ilin ilk üç ayı ərzində sosial yönümlü Sərəncamlarından əhalinin hər yaş qrupunun faydalandığını qeyd etdi. Azərbaycanda qazlaşmanın 95 %-ə çatmasının, bölgələrin, hətta ucqar dağ kəndlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını, bütün ölkə boyu yol infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılmasını vurğulayaraq, bu inkişafın arxasında ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dayandığının qeyd etdi.

Millət vəkili, Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kəmaləddin Qafarov çıxış edərək son dövrlərdə cənab İlham Əliyevin Sərəncamına əsasən səhiyyə işçilərinin maaşlarının artırılmasından, Azərbaycan səhiyyə sisteminin inkişafı üçün Dövlət Proqramlarının həyata keçirilməsindən danışdı. Qalibiyyətli aprel döyüşlərində əsgərlərimizin döyüş ruhunu xüsusi qeyd edən millət vəkili Milli Ordumuzun qısa zaman ərzində torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu qeyd etdi.

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək bildirdi ki, hər bir dövlətin gücü onun iqtisadi və hərbi gücü ilə ölçülür. İqtisadi cəhətdən bütün sahələrdə inkişaf edən Azərbaycanda Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər. Ölkə Prezidentinin soaial yönümlü islahatları nəticəsində əsasən neft rayonu olan Pirallahı rayonunda qeyri neft sektoru sürətlə inkişaf edir. Sənaye Parkının ərazisində şaquli planlaşdırma işləri yekunlaşdırılmışdır. Mərkəzi yol kənarı boyu hasarın çəkilməsi işləri tamamlanmış, kommunikasiya xətlərinin köçürülməsi işləri aparılmışdır. Sənaye Parkının ərazisində inşa olunan Şprits istehsalı zavodunun dəmir-beton karkasının qurulması işləri tamamlanmış, metal fermalar quraşdırılmışdır. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan şprits zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaqdır. Bundan əlavə yeni dərman istehsalı zavodunun inşası aparılır. Yaxın günlərdə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov ölkəmizdə gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışdı.

Tədbir partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı fəallarının Fəxri Fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş yeni üzvlərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı.


Kateqoriya : SOSİAL Baxış sayı : 509

QHT və MEDİA

2019-12-11 18:10:35

QHT və MEDİA
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...

Dekabr ayının 10-da “Zorakı ekstrimizm ilə mübarizə: birgə tərəfdaşlıqla daya...

2019-12-10 21:10:55

QHT və MEDİA
Şura Ulu Öndər Heydər Əliyevin əziz xati...
Şura Ulu Öndər Heydər Əliyevin əziz xati...

Tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elmə...

CƏMİYYƏT

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

2019-12-11 10:10:05

CƏMİYYƏT
Hikmət Şikarov: Bəyanat imzalamaqla diqq...
Hikmət Şikarov: Bəyanat imzalamaqla diqq...

Həyatımızın müxtəlif sahələrini əhatə edən bu islahatlar hər şeydən əvvəl ölk...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...