SİYASƏT
A- A A+

Ülviyyə Ağayeva: Nifrət dolu çıxışlar, dözümsüzlük Avropa Şurasının dəyərlərinə zərbə vuran problemlərdəndir

2019-04-11 08:35:35

.

Bütün insanların bərabər imkanlar və rəftar hüququna sahib olmaları hər bir sabit cəmiyyət üçün vacibdir. Nifrət dolu çıxışlar və dözümsüzlük Avropa Şurasının və onun üzv dövlətlərinin dəyərlərinə zərbə vuran problemlərdəndir. Hər il minlərlə insan nifrətin müxtəlif təzahürlərinin qurbanı olur ki, bu da ölkələrimizin təhlükəsizliyinə və ümumilikdə dünyanın sabitliyinə təhdid yaratmaqda davam edir. Minlərlə insan etnik, irqi, milli, dini, əqidə, siyasi və sosial mənsubiyyətinə görə təcavüzə, təqibə, təhqirə, təhdidə məruz qalır.

Bu fikirləri AŞPA-da “Nifrət və dözümsüzlük çıxışlarına qarşı mübarizədə siyasi liderlərin rolu və məsuliyyəti” mövzusu üzrə birgə müzakirələrdə qurumdakı nümayəndə heyətimizin üzvü Ülviyyə Ağayeva söyləyib.

Deputat bildirib ki, müzakirə olunan bu mövzu qlobal əhəmiyyət daşıyan insan hüquqlarının müdafiəsinin həlli ilə bilavasitə bağlıdır. Nifrət dolu çıxışların həlli əslində şaxəli bir məsələdir. Müxtəlifliyi və dözümlülüyü təşviq edən təhsil və təlim proqramları məktəblərdə, eləcə də ali təhsil müəssisələrində yaradılmalıdır. Həmçinin media vasitələri də insan hüquqlarının təşviqi və qorunması, etimadın qurulması, barışıq, mədəniyyətlərarası və dinlərarası dialoq və harmoniyanın təşviqində müsbət rol oynaya bilər.

“Parlamentarilər dözümsüzlük və nifrət dolu çıxışlara qarşı mübarizədə əsas rol oynayır. Parlamentarilər və ya siyasi liderlər, ilk növbədə, özləri təhqiredici, ekstremist və ayrı-seçkiliyi təşviq edən ritorikadan uzaq durmalı və belə çıxışlar etməkdən çəkinməlidirlər. Cəmiyyətdə dözümlülük, qarşılıqlı hörmət, anlayışın təbliğinə dair bir mesajın ötürülməsinə əmin olmalıyıq. Parlamentarilər mədəni müxtəlifliyin dəyər olduğu bir iqlimin təşviq edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər”, - deyə Ü.Ağayeva bildirib.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 345

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...