TƏDQİQATLAR
A- A A+

Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu tam dəstəkləyir

2019-04-09 15:55:28

Bir il bundan əvvəl seçicilərin 86,03 faiz səsini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident İlham Əliyevə olan bu inam, etimad bir daha göstərdi ki, Azərbaycan xalqı dövlət başçısının apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloq Klubunun rəhbəri Zaur Məmmədov söyləyib.

Zaur Məmmədov qeyd edib ki, bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, qlobal layihələrin həyata keçirilməsi ilə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Bu kimi layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir.

Politoloq vurğulayıb ki, hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq siyasi kurs aparması çox vacibdir. Regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitlik, təhlükəsizlik tam təmin olunub. Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib.

Azərbaycan diplomatiyası informasiya müharibəsi şəraitində həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoyub. İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin regiona və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyi buna misaldır. Eyni zamanda, 2018-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri adlı sənəd imzalanıb ki, orada Azərbaycanın ərazi bütövlüyünə hörmət öz əksini tapıb.

İlin sonlarına yaxın NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini deyən Zaur Məmmədov bildirib ki, beynəlxalq təşkilatlar və ayrı–ayrı dövlətlər tərəfindən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının obyektiv mövqeyinə dəstək verilməsi heç də asanlıqla mümkün olmayıb. İllər əvvəl regiona və münaqişəyə dair tamam başqa fikirdə olan müxtəlif beynəlxalq aktorlar Azərbaycanın apardığı ifşa siyasəti nəticəsində həqiqəti biliblər. Artıq dünya Ermənistanı və erməniləri əzilən, məzlum tərəf kimi deyil, işğalçı kimi tanıyır. Təsadüfi deyil ki, bu gün Paşinyan Qərbdə ciddi fiqur kimi qələmə alınmır və onun münaqişəyə dair bəyanatları ötən ay Avropa İttifaqının aparıcı nümayəndələri və ABŞ rəsmiləri tərəfindən ciddi qəbul olunmayıb.

Politoloq qeyd edib ki, ölkəmizdə ötən il keçirilən prezident seçkiləri yeni institusional islahatlar üçün impuls rolunu oynadı. 2019-ci ilin əvvəlindən bütün sahələrdə yeniliklərin, islahatların şahidi oluruq. Strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və siyasi–iqtisadi proseslərə adekvat cavab verən uyğunluğu təmin etməkdir. Son dövrdə Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi elan edib, ölkədə sistem xarakterli, inzibati və institusional tədbirlər həyata keçirilib. Onun birbaşa təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli hazırda korrupsiya ilə mübarizə sahəsində effektli və innovativ mexanizm kimi bütün dünyada təqdir və tətbiq olunur. Bundan başqa, vergi, gömrük, sosial və digər idarəçilik sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər şəffaflığın yüksəldilməsi, dövlət büdcəsinin gəlirlərinin artması və başqa mühüm məsələlərin həllini təmin edib.

Görülən işlərin nəticəsidir ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 162

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...