MƏDƏNİ
A- A A+

Azərbaycan musiqisi Mərkəzi Asiyada təqdim olunub

2019-04-09 09:25:03

.

Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun himayəsi ilə Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində keçirilən Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı davam edir.

AZƏRTAC xəbər verir ki, Özbəkistanda ilk dəfə keçirilən festivalda ölkəmizi şair, publisist Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov, Aşıq Samirə Əliyeva və Aşıq Əli Quliyev təmsil edir.

Bu gün Aşıq Samirə Əliyeva və Aşıq Əli Quliyev festival çərçivəsində qədim el havalarımızı ifa ediblər. Onların çıxışları alqışlarla qarşılanıb.

Festivala dünyanın 74-dən artıq ölkəsindən gələn 160-dan artıq baxşi, aşıq, akın, ozan, həmçinin folklorçu alimlər, müxtəlif xalqların folklor ansamblları qatılıb.

Aprelin 10-dək müxtəlif xalqların nümayəndələri baxşi, aşıq, akın, ozan öz xalqlarının musiqilərini təqdim edirlər. Festivala Tacikistandan gələn baxşi ustası Xatam aka Xakimovun 90, Malayziyadan gələn iştirakçı Kamarul Baixaki Bin Kamarul Baisaxunun isə 9 yaşı var.

Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da keçirilir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 311

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...