İQTİSADİ
A- A A+

“Euractiv” nəşri Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının fəaliyyətini işıqlandırıb

2019-04-09 08:25:53

.

Belçikanın "Euractiv" nəşri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının sayca 16-cı iclasının yekununa dair söylədiyi fikirlərin yer aldığı məqalə dərc edib. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Məqalədə qeyd edilir ki, siyasətçi Aİ və Azərbaycanın tezliklə yeni ticarət və siyasi saziş imzalayacağına ümidvar olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, məqalədə Aİ-Azərbaycan münasibətlərinin tərəflər arasında 1999-cu ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişə əsaslandığı diqqətə çatdırılır. 2017-ci ilin fevralında yeni çərçivə sazişi üzrə danışıqlar başlayıb. Onun imzalanması yaxın vaxtlarda olacaq, lakin bir neçə həll olunmamış məsələlər qalır.

Moqerini deyib ki, Brüssel və Bakı danışıqların “yeni iddialı ikitərəfli saziş” üzrə “yekun həlledici mərhələsindədir”.

Məqalədə qeyd olunur ki, Aİ ilə assosiasiya haqqında və "azad ticarət" barədə sazişlər imzalamış Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan Aİ ilə keyfiyyətcə başqa səviyyədə çox sıx münasibətlərə can atır.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 281

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...