SİYASƏT
A- A A+

Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi AŞPA gündəmində

2019-04-08 19:50:57

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini gündəmə gətirib

ONA-nın Avropa bürosunun xəbərinə görə, Qənirə Paşayeva Avropa Şurasının İnsan Haqları üzrə Müvəkkili Dunya Miyatoviçə sual ünvanlayıb.

“Rəsmi Bakı Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan tərəfinə qaytarılması üçün dəfələrlə çağırışlar edib. Ancaq Ermənistan tərəfi onların hüquqlarını pozmaqda hələ də davam edir. Avropa Şurası bu məsələyə nə qədər səssiz qalacaq?”,- deyə deputat soruşub.

“Biz Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinin həlli üçün əlimizdən gələni edirik. Bununla bağlı ombudsmanla və yetkili şəxslərlə də danışmışıq” - deyə D.Miyatoviç cavab verib.

O bildirib ki, bu məsələnin həlli Azərbaycan və Ermənistan liderlərindən asılıdır: “Mən deməzdim ki, biz bu məsələyə səssiz qalmışıq. Biz iki tərəflə də görüşürük. Hər iki tərəfdə də əsirlər var. Çox yaxşı haldır ki, Azərbaycan və Ermənistan insanları sülhə səsləyir. Biz bölgədə gedən inkişafı, dəyişiklikləri daim izləyirik, ancaq düşünürəm ki, bu məsələnin məsuliyyəti liderlərin üzərindədir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 431

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...