CƏMİYYƏT
A- A A+

Beynəlxalq birlik Ermənistan müdafiə nazirinin bəyanatına münasibət bildirməlidir

2019-04-08 08:45:34

“David Tonoyanın fikirləri qəbuledilməzdir və beynəlxalq birlik Ermənistanın müdafiə nazirinin bu mövqeyinə münasibət bildirməlidir. D.Tonoyan açıq şəkildə öz dövlətinin işğalçı olduğunu etiraf etmiş olur. Erməni nazirin "sülh üçün ərazi" formulunun "yeni müharibə - yeni ərazilər" formuluna çevrilə biləcəyi fikrini başqa cür qiymətləndirmək mümkün deyi

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı mövqeyini ifadə edib. Ermənistan anlamalıdır ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır.

O vurğulayıb ki, Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil: "Azərbaycanın tələbi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Əgər erməni tərəfi yenə torpaqlarımızı işğal etməyə cəhd edərsə, layiqli cavabını alacaq. 2016-cı ilin aprel döyüşləri bu reallığı təsdiqləyir. Məlumdur ki, aprel döyüşləri zamanı ordumuz düşmənin müdafiə xəttini cəmi 18 dəqiqəyə yardı. Bu isə ordumuzun gücünün əyani sübutu, Ermənistanın isə öz ordusu haqqında yaratdığı mifin iflası oldu. Ona görə də erməni ordusu Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməz".

Millət vəkili qeyd edib ki, digər tərəfdən, Ermənistanın hakimiyyət nümayəndələrinin münaqişənin həlli ilə bağlı fərqli, ziddiyyətli fikirlər səsləndirməsi işğalçı ölkənin yeni iqtidarının qeyri peşəkarlığını göstərir: "Eyni zamanda, bu fakt hakimiyyət daxilində siyasi qarşıdurmanın da göstəricisi ola bilər".


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 339

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...