QHT və MEDİA
A- A A+

10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Pirallahıda tədbir keçirildi

2019-04-07 17:45:09

.

Respublikamızın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və Yap Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirildi.

Öncə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirildi. Aksiya zamanı Səməd Vurğun küçəsində 500-dən çox ağac və gül kolu əkilib, ərazidə təmizlik işləri aparılmış, ağaclara aqrotexniki qulluq göstərilib.

Sonra tədbir Pirallahı qəsəbəsində yerləşən “Uşaq Park”ında davam etdirildi. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli iştirakçıları təbrik edərək bildirdi ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Qeyd edildi ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir.

Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır. A. Hacıbəyli diqqətə çatdırıldı ki, ölkə başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, 16 mart tarixli Sərəncam ilə 431 nəfər məhkum əfv olunması, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.

Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.

Sonra tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış “Fleşmob” ilə davam etdi.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 299

QHT və MEDİA

2019-06-17 09:45:02

QHT və MEDİA
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir q...

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

CƏMİYYƏT

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...