SOSİAL
A- A A+

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş xalça eskizi müsabiqəsi elan edilib

2019-04-07 15:25:19

Prezident İlham Əliyev 2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələrək Azərbaycan Xalça Muzeyi II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nəsimiyə həsr olunmuş xalça eskizi müsabiqəsi elan edib

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin mayın 15-dək "600 DPI JPEG" formatında skan olunmuş versiyasını nasimicontest@gmail.com elektron ünvanına göndərməkləri xahiş olunur.

Müsabiqənin münsiflər heyətinə Əməkdar mədəniyyət işçisi, dosent Emin Məmmədov, Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının əlaqələndiricisi, Əməkdar mədəniyyət işçisi Cahangir Səlimxanov, Xalq rəssamı Eldar Mikayılzadə, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov daxildir.

Münsiflər heyəti tərəfindən seçilən ən kreativ 20 xalça eskizi Azərbaycan Xalça Muzeyində sərgilənəcək və muzeyin rəsmi "Facebook" səhifəsində təqdim olunacaq.

Müsabiqənin qaliblərinə pul mükafatı təqdim ediləcək. Birinci yerin qalibi 4 min manat, ikinci yerin qalibi 2 min manat, muzeyin "Facebook" səhifəsində ən çox izləyici toplayan xalça eskizinin müəllifi min manat məbləğində mükafatlandırılacaq və onların eskizləri əsasında xalçalar toxunulacaq.

Müsabiqənin qalibi xarici vətəndaş olduğu halda, onun II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalında iştirak etməsi üçün yol və mehmanxana xərci ödəniləcək.


Kateqoriya : SOSİAL Baxış sayı : 400

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...