MÜSAHİBƏ
A- A A+

Ekspert Mətin Yıldırım: İşğalçılıq siyasəti və əsassız iddialar Ermənistanı fəlakətə sürükləyir

2019-04-05 08:15:32

Ermənistan işğalçılıq siyasətindən əl çəkməklə sülh və inkişafa nail ola bilər. Aprel döyüşlərindən ibrət dərsi çıxarmasa işğalçı dövlət özünə böyük problemlər yaratmaqda davam edəcək və baş verəcək bütün xoşagəlməz hadisələrə görə məsuliyyət daşıyacaq

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli ekspert, yazıçı-tərcüməçi Mətin Yıldırım söyləyib.

2016-cı ilin Aprel döyüşlərindən sonrakı vəziyyəti şərh edən ekspert bildirib ki, ortadakı acı həqiqət təcavüzkar tərəfin forpost missiyasını əldən vermək istəməməsidir. İşğalçılıq siyasəti və qonşu ölkələrə qarşı əsassız iddialar Ermənistanı fəlakətə sürükləyir. Təəssüf ki, dünyadakı ikili standartlar ucbatından beynəlxalq ictimaiyyət Dağlıq Qarabağla bağlı açıq mövqe nümayiş etdirmir. Mətin Yıldırım deyib: “Bütün dünyaya məlumdur ki, Ermənistan Azərbaycan torpağının bir hissəsini öz gücü hesabına işğal etməyib. 2016-cı ilin Aprel döyüşləri kimin hansı gücə sahib olduğunu və hansı xalqın məsələyə necə yanaşdığını açıq şəkildə ortaya qoydu. Ermənistan tərəfi bu döyüşlərdə əlil olan hərbiçilərinin adi problemlərini belə həll edə bilmir. Sıravi ermənilər ölkə hakimiyyətinə nifrət edirlər”.

Ekspert vurğulayıb ki, indi vəziyyət əvvəlki kimi deyil. Azərbaycanın və Türkiyənin müstəqil dövlətlər kimi güclənmələri, xalqlarımızın qardaşlığı özü-özlüyündə birliyə və gücə çevrilib. Bütün bu həqiqətlər fonunda Ermənistan tərəfi dərk etməlidir ki, xülyaları gerçəkliyə çevirmək iştahası daha tarixə qovuşub.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 235

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...