TƏDQİQATLAR
A- A A+

Akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmiliyi problemlərinə dair” kitabı çapdan çıxıb

2015-09-09 09:05:37

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmiliyi problemlərinə dair” kitabı çapdan çıxıb

AZƏRTAC xəbər verir ki, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademikin yeni kitabı da bu baxımdan olduqca əhəmiyyətlidir.

Filosof alimin bu kitabı milli mənlik şüurunun təşəkkülü məsələlərinə, ölkənin ərazi bütövlüyünün bərpa olunmasına, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmləndirilməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmiş milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən istifadə etmək bacarığına həsr olunub.

Kitabda müasir dövrdə - modernləşmə ideyasının postsənaye cəmiyyəti kontekstində zamanın tələbinə çevrildiyi bir vaxtda Azərbaycan dövlətinin qarşısında duran vəzifələr aydın göstərilib. Burada, həmçinin dövlətin müdafiəsinin mühüm vasitəsi, habelə cəmiyyətin inkişafının zəruri aləti olan milli identiklik məsələlərinə də toxunulub.

“XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” və “Tarixi idrakın elmiliyi problemlərinə dair” mövzularına həsr edilmiş iki hissəli əsərdə tarixi fəlsəfi aspektlər müasir dövrün tələbləri baxımından nəzərdə keçirilib. “Şərq-Qərb” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir. Kitab tarixçi alimlər, müvafiq ali məktəblərin tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1115

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...