SOSİAL
A- A A+

“Qəhrəman övladlarımızı tanıyaq və tanıdaq!”devizi altında tədbir keçirilib

2019-04-04 09:05:19

Azərbaycan xalqı daim yadellilərə qarşı mübarizə aparıb. Bu amansız mübarizədə minlərlə insan düşmən üzərində savaşa yollanıb.Onlardan çoxu qəhrəmancasına həlak olub, yaralanaraq əlil olub və ya bədən xəsarətləri alıb

1988-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayanda, ölkəmizin müxtəlif şəhər və rayonlarından üzü Qarabağa doğru insanlar könüllü şəkildə axışmağa başladılar.Təəssüf ki, o zaman, xüsusən də, 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı olaylardan sonra da ölkə rəhbərliyi hadisələrin gedişini düzgün qiymətləndirə bilmədi. Beləliklə, Qarabağın dağlıq hissəsində qəsəbə və kəndlərimiz, daha sonra isə, rayon mərkəzləri düşmən tərəfə təhvil verildi. Burda bir amili qeyd etməliyik. Sabiq SSRİ rəhbərliyi nəyin bahasına olursa-olsun, yağlı tikə olan Azərbaycanı əldən vermək istəmirdi.

İşğal edilən rayonların arasında Kəlbəcər rayonu da var. Ölkəmizdə ən böyük əraziyə malik rayon olan Kəlbəcər təbii sərvəti, qızıl yataqları, mineral bulaqları ilə düşmənləri hayıl-mayıl eləmişdi. Tülkü kimi pusquda duran “haylar” Rusiya Federasiyası rəhbərliyinin o zamankı Azərbaycan rəhbərliyinə qarşı soyuq münasibətindən istifadə etdilər və 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunu işğal etdilər. 2 aprel 2016-cı il isə Ermənistan Silahlı Qüvvələri ilə 3 günlük savaşa daxil olan Azərbaycan Ordusu işğal edilən ərazilən bir hissəsini geri qaytara bildi.

Aprelin 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasında 31 mart-Dünya Azərbaycanlılarının soyqırım günü, Kəlbəcər rayonunun işğalının 26-cı, 2016-cı ilin aprel savaşının 3-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirildi.Azərbaycan Dövlət Pedaqoji Universiteti, Səbail rayon İcra Hakimiyyəti və “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin nəzdində fəaliyyət göstərən “Vətənpərvər” Gənclər Qrupunun rəhbəri, Birliyin layihələr üzrə koordinatoru xanım Aida Ramiz açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu “Qəhrəman övladlarımızı tanıyaq və tanıdaq!”devizi altında təşkil olunan tədbirin ictimai əhəmiyyətindən danışdı. O, bildirdi ki, son 220 il ərzində erməni terrorizminin türk dünyasına vurduğu zərbələrdən danışdı. Şamil müəllim qeyd etdi ki, Ermənistan Silahlı Qüvvələri torpaqları qonşu dövlətlərin dəstəyilə işğal etmişlər.O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi fikri tədbir iştirakçılarının nəzərinə çatdırdı:” Azərbaycan işğal edilən ərazilən 1 qarışını belə düşmən tərəfə bağışlamayacaq!”Ş.Sabiroğlu, hazırda Azərbaycan Silahlı Qüvvələrinin büdcəsinin Ermənistan Respublikasının dövlət büdcəsindən ən azı 3 dəfə çox olduğunu qeyd etdi. Ş.Sabiroğlu bildirdi ki, Azərbaycan dövləti və xalqımız hər an öz torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir. ADPU-nun məsul əməkdaşı, Prof.Mayis Əmrahov 1918-ci il hadisələri, erməni riyakarlığı və Azərbaycan xalqının qarşısında dayanan həlli vacib məsələlərə toxundu. Bakıda fəaliyyət göstərən “Azərnəşr”in baş redaktoru, Kəlbəcər rayonundan seçilmiş sabiq deputat, şəhid Mahir Ağalarovun qardaşı Əlövsət Ağalarov 1989-1993-cü illərdə rayon əhalisinin müdafiəsinin təşkil edilməsi üçün atılan addımlardan söhbət açdı. Bakının Nərimanov rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru, Azərbaycanın Milli Qəhrəmanı, sabiq polis mayoru Şahlar Şükürovun bacısı xanım Tahirə Şükürova Kəlbəcərin müdafiəsində ayıq-sayıq dayanan oğullardan söhbət açdı.O, tələbə- gəncləri yaxşı oxumaqla yanaşı, həm də ictimai işlərdə fəal olmağa çağırdı. Xuraman Kərimova Kəlbəcərin müdafiəsi zamanı şəhid olmuş qardaşı, ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş Ülfət Kərimovdan danışdı.

“Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu” nun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının Baş katibi Ramin Həbibzadə, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri-Elnurə və Aygün İsgəndərova bacıları, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, 2016-cı ilin aprelində baş vermiş 3 günlük savaşın qəhrəmanlarından biri-ehtiyatda olan zabit, ehtiyatda olan müharibə əlili Anar Məmmədov və başqaları 31 mart-Dünya Azərbaycanlılarının soyqırım günü, Kəlbəcər rayonunun işğalının 26-cı, 2016-cı ilin aprel savaşının 3-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdilər.

Laçın rayonundan məcburi köçkün, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, “zim.az” saytının, “Şərqin səsi” qəzetinin əməkdaşı Gilə Əliqızı doğma Vətənə həsr olunan şeir söylədi.Tanınmış müğənni xanım Hüsniyyə İsmayıllı Vətənə, torpağa həsr edilən mahnıları ifa etdi. Daha sonra Universitetin foyesində təşkil olunmuş sərgiyə baxış oldu. Anım mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rektoru, Prof.Cəfər Cəfərov, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev, habelə, digər məsul şəxslər iştirak edirdilər.

Şamilə Şamilqızı, Bikə Əlizaminqızı,


Kateqoriya : SOSİAL Baxış sayı : 464

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...