MƏDƏNİ
A- A A+

“Qarabağnamə” növbəti dəfə səhnədə

2019-04-02 09:05:15

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Qarabağnamə” tamaşası nümayiş olunub

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın nümayişindən əvvəl Xalq artistləri Hacı İsmayılov və Ramiz Məlik mart qırğınları barədə məlumat veriblər.

Qeyd olunub ki, 1918-ci il martın 30-u və aprelin 2-si Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədib. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Vurğulanıb ki, xalqımıza qarşı törədilmiş bütün soyqırımı hadisələrinin anılması və həmin faciələrin unudulmaması üçün dahi şəxsiyyət Heydər Əliyev 1998-ci il martın 26-da Fərman imzalayaraq 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan edib. Əsrlərboyu xalqımıza qarşı törədilmiş, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırımı və deportasiya hadisələrinin əsl mahiyyəti məhz həmin tarixi Fərmandan sonra tarixçilər, tədqiqatçılar, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanılıb, qaranlıq səhifələrə aydınlıq gətirilib.

Sonra tamaşa nümayiş olunub.

Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Səhnə əsərində rolları Xalq artistləri Ramiz Məlik, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Əjdər Həmidov, Hacı İsmayılov, Sabir Məmmədov, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Rövşən Kərimduxt, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa ediblər. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edilir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 219

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...