SİYASƏT
A- A A+

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşündə konstruktiv ab-havanı alqışlayıb

2019-04-02 08:35:39

.

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak martın 29-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşlə bağlı bəyanat verib. AZƏRTAC ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, M.Layçak ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Avstriyanın paytaxtında keçirilən görüşdəki konstruktiv ab-havanı alqışladığını qeyd edib. Bəyanatda deyilir: “ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak dünən (martın 31-də-AZƏRTAC) Bratislavada ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov, Rusiya Federasiyası; Stefan Viskonti, Fransa və Endrü Şöffer, Amerika Birləşmiş Ştatları) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk qrupunun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən ilk görüş barədə məlumat verilib”. ATƏT-in fəaliyyətdə olan sədri danışıqların konstruktiv ab-havasını və liderlərin münaqişənin sülh yolu ilə həlli istiqamətində gələcəkdə konkret addımlar atılması niyyətlərini alqışlayıb. Layçak deyib “Biz bu məsələdə nikbinik və prosesi, eyni zamanda, liderlərin atəşkəs rejiminin möhkəmləndirilməsi və humanitar sahədə addımlar atılması səylərini tam dəstəkləyirik”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 314

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...