QHT və MEDİA
A- A A+

Vyana görüşü bir daha təsdiq etdi ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir dəyişiklik ola bilməz

2019-04-01 09:30:20

.

Azərbaycanın xarici siyasətinin əsas istiqaməti ölkəmizə qarşı xarici təhdidlərin, eləcə də Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınmasıdır.

Unutmaq olmaz ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən başqa, beynəlxalq münasibətlərdə gərginliyin artdığı, beynəlxalq hüquq norma və prinsiplərinin kobud şəkildə pozulduğu, beynəlxalq terrorizm təhlükəsinin artdığı, dövlətlərin daxili işlərinə müdaxilə edildiyi, qonşu regionlarda toqquşmaların davam etdiyi, yeni münaqişə ocaqlarının yarandığı, geosiyasi çətinliklər, eləcə də erməni lobbi dairələri və onları dəstəkləyən qüvvələrin Azərbaycana qarşı apardıqları dezinformasiya, təxribat kampaniyaları şəraitində müstəqil xarici siyasət həyata keçirir.

Ermənistan - Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması Ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Ulu öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir.

Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.

Ölkə başçısı bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Ermənistan tərəfi isə aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır, lakin bu taktikanın heç bir perspektivi olmayacağını hələ də anlaya bilmir.

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar bir daha sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində olan format heç bir zaman dəyişmiyəcək. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində danışıqlar formatının qorunub saxlanılması və danışıqların bundan sonra da mövcud format əsasında aparılması haqqında razılaşma əldə olundu. Vyana görüşündən sonra Prezident İlham Əliyev bir daha bildirmişdir ki, Azərbaycanın mövqeyi birmənalıdır və biz sonadək öz mövqeyimizi müdafiə edəcəyik. Üç həmsədr dövlətin təmsilçiləri və münaqişə tərəfi olan iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə yekun bəyanatın imzalanması burada bir sıra məqamları ilə diqqət çəkir. Xüsusən də sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının vacibliyinin vurğulanması, münaqişənin həlli ilə bağlı etimad mühitinin yaradılması, danışıqların davam etdirilməsi üçün əlavə tədbirlərin görülməsi, eyni zamanda humanitar sahədə əlaqələrin yaradılması bu görüş üçün böyük əhəmiyyət kəsb edən məsələlərdir.

Vyana görüşü işğalçı Ermənistan tərəfini bir daha danışıqlar masasına geri qaytararaq, Ermənistan baş nazirini məcbur etdi ki, ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir. Vyana görüşünə BMT baş katibi səviyyəsində qiymət verilməsi isə ölkəmizin öz beynəlxalq dəstəyini daha da artırmasından xəbər verir.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 303

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...