MÜSAHİBƏ
A- A A+

Mahirə Əsədova: “Bizim missiyamız cəmiyyətimiz üçün faydalı olmaqdır”

2019-03-29 10:35:57

Fact-info.az saytının suallarını “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova cavablandırır

-Bu yaxınlarda cəbhə bölgəsində olub əsgərlərimizlə görüşmüsünüz. Hansı fikirləriniz var, belə görüşlər haqqında qənaətiniz necədir?

- Biz “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi olaraq hər zaman bütün bayramlarımızda əsgərlərimizin yanında oluruq. Sonuncu dəfə Novruz bayramında cəbhə bölgəsinə səfər etdik. Əsgərlərimizlə bir yerdə olaraq çox böyük ruh yüksəkliyi ilə bu bayramı qeyd etdik. Azərbaycan Ordusu bu gün çox peşəkardır, yüksək səviyyədə təminatı var. Bu gün əsgərlərimizin yalnız mənəvi dəstəyə ehtiyacı var. Cəbhə bölgələrində olarkən hərbiçilərimizin ruh yüksəkliyini görürük, hiss edirik. Bütün bunlar bizi çox sevindirir. Məhz buna görə, biz hər zaman cəbhə bölgələrinə gedirik, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin əsas amalı, hədəfi cəmiyyətdə vətənpərvərlik ruhunun qaldırılmasına öz töhfəsini vermək, şəhid ailələrinin problemlərinə həssaslıqla yanaşmaqdır. Şəhidlərimizin ruhu şad olsun. Mənim ən böyük arzum torpaqlarımızın işğaldan azad olunmasıdır. Biz hamımız inanırıq ki, Prezidentimizin böyük səyi nəticəsində bütün torpaqlarımız işğaldan azad olacaq. Bu yolda biz öz məsuliyyətimizi dərk edib, ciddi şəkildə çalışmalıyıq.

-Məlumdur ki, sizin təşkilatınız tərəfindən cəbhə bölgəsində, xüsusilə, Ağdamın bəzi ərazilərində əhalinin suya olan təlabatını ödəmək məqsədilə artezan quyular qazılıb və bu işlər bu gündə davam etməkdədir. Bu barədə nə deyə bilərsiniz?

- Dövlətimizin bütün məcburi köçkünlərə, cəbhə bölgəsində yaşayan əhalimizə böyük diqqəti və qayğısı var. Sərhədyanı ərazilərdə dövlət xəttilə bir çox sosial-iqtisadi layihələr həyata keçirilir. “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi bütün bu proseslərə töhfəsini verərək Ağdamın bəzi ərazilərində Quzanlı qəsəbəsində, Əhmədalılar kənddndə əhalinin suya olan təlabatını ödəmək məqsədilə artezan quyular qazdırıb. Bu işlər bu gündə davam etməkdədir. Milli Qəhrəmanlarımız Allahverdi Bağırovun və Asif Məhərrəmovun adını daşıyan daha iki artezan quyular qazılıb.Yaxın müddətdə istifadəyə veriləcək. Mən qürur hissi keçirirəm ki, bu artezan quyuları şəhidlərimizin adını daşıyır. Hər bir azərbaycanlı şəhidlimizin ruhuna ehtiram əlaməti olaraq öz vəfa borcunu yerinə yetirməlidir. Bizdə “Yeni Yurd Sosial İnkişaf” İctimai Birliyi olaraq bu vəfa borcumuzu yerinə yetirməyə çalışırıq. Allah bizi bu dünyaya bəxş edərkən hər birimizin bir missiyası olur. Mən düşünürəm ki, bizim missiyamız cəmiyyətimiz üçün faydalı olmaqdır.

- Sizin rəhbərlik etdiyiniz “Yeni Yurd Sosial İnkişaf” İctimai Birliyi ölkəmizin ictimai həyatında kifayət qədər fəallıq göstərir. Sizin təşəbbüsünüzlə bir sıra sənədli filmlər çəkilib. Bu barədə, gördüyünüz işlərin effektiv nəticəsi haqqında nə deyə bilərsiniz?

-Onu deyim ki, biz gördüyümüz bütün işləri yalnız vəsaitimiz hesabına edirik.Yəni heç bir qrant almadan bu işləri həyata keçiririk. Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı “Mən Azərbaycanlıyam” filmini çəkmişdik. Bundan əlavə “Torpaq əgər uğrunda ölən varsa Vətəndir” filmi və digər sənədli filmlərimiz olub. Qafqaz İslam ordusunun Bakını işğaldan azad etməsi və Çanaqqala zəfərinə həsr olunan "Torpaq əgər uğrunda ölən varsa Vətəndir" sənədl filmi Azərbaycanla bərabər bir sıra xarici ölkələrdə geniş təqdim olunub. Mən deyərdim bu film Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuşdu. Bu film Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu yalnız Bakını azad etməyi ilə yanaşı Azərbaycan Türkiyə qardaşlığının davamlı inkşafı, məhz Çanaqqala Zəfəri zamanı da çoxsaylı azərbaycanlı oğulların türk qardaşlarının yanında olduğunu əks etdirir. Bu gün ikilistandartların və diskrimnasiyaların hökm sürdüyü beynəlxalq siyasətdə nadir hallarada Azərbaycan və Türkiyə dövlətləri kimi sıx qardaşlıq münasibəti saxlayan iki dövlətə rast gəlmək olar. Onu demək istərdim ki, ” Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin çəkdiyi bir sıra sənədli filmlər geniş ictimaiyyətə təqdim olunub. Düşünürəm ki, belə sənədli filmlər cəmiyyət üçün çox effektlidir.

.- Bu filmlər Azərbaycanda gənclər arasında vətənpərvərlik ruhunun qaldırılmasına nə dərəcədə təsir edir. Ümumiyyətlə, belə işləri davam etdirmək fikriniz varmı?

-Təbii ki, istər bədi, istərsə də sənədli filmlərin çox geniş əhatə dairəsi və təsir imkanları var. Xüsusulə, gənclərimizin vətənpərvərlik ruhunun yüksəlməsində belə filmlər çox zəruridir. Düşünürəm ki, bizim bu işlərimiz davam edəcək. Bəzən mənə belə gəlir ki, sosial şəbəkələr bəzi gənclərimizi vətənpərvərlikdən uzaqlaşdırır. Vaxtlarını bir çox hallarda itirirlər. Ona görə də sosial şəbəkələr vasitəsilə, inteternet məkanında milli dəyərlərimizin təbliğinə üstünlük verməliyik. Gənclərimizi bu istiqamətə, milli dəyərlərimizin təbliğinə, geniş yayılmasıına istiqamətləndirməliyik. - 31 mart azərbaycanlıların soyqırımı günü ölkəmizdə hər il qeyd olunur. Necə düşünürsünüz azərbaycanlıların bu soyqırımları haqqında dünyada geniş təbliğat işləri aparmaq üçün daha nə etmək lazımdır? -1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı hadisəsi uzun illər sovet tarixşünaslığında tamamilə saxtalaşdırılaraq vətəndaş müharibəsi kimi ictimaiyyətə təqdim olunub. Nəhayət Azərbaycanın qaranlıq tarixinə işıq salınmağa başlandı. Azərbaycanlılara qarşı törədilən bu soyqırımları qəsdlər, cinayət hadisələri heç vaxt unudulmur. Lakin burada ən ədalətli münasibət o olar ki, törədilən cinayət faktlarına dünyada ədalətli münasibət olsun. Cinayəti törədən cəza alsın, həmin soyqırıma hüquqi və siyasi qiymət verilsin. Ona görə biz təbliğatımızı daha da genişləndirməliyik. Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmalıyıq.

- Ermənistan-Azəbaycan münaqişəsi, Qarabağ həqiqətləri haqqında internet məkanında aparılan təbliğat işlərini, bir sıra sənədli filmlərin çəkilib nümayiş olunmasını və digər təbliğat işlərini qənaətbəxş hesab etmək olarmı?

-Təbliğat məsələrində filmlərlə bağlı boşluqlar var. Təəssüf ki, milli kino sahəsində həmin problemlər çözülməyib. Heç şübhəsiz ki, təbliğat məsələlərində filmlərin çox böyük rolu ola bilər. Düşünürəm ki, bu məqamlar nəzərə alınaraq Azərbaycanın tarixi, milli dəyərlərimiz, Milli Qəhrəmanlarımız haqqında sanballı bədii filmlərimiz çəkiləcək. Kino sahəsində mövcud olan o boşluqlar aradan qaldırılacaq. O zaman filmlərimizin təsir effektini daha çox hiss edəcəyik.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1082

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...