MƏDƏNİ
A- A A+

Azərbaycan mədəniyyəti Brüsseldə təbliğ olunub

2019-03-27 09:30:45

Brüssel İncəsənət Sarayında (BOZAR) Novruz bayramını ənənəvi qeyd edən bir qrup ölkənin - Azərbaycan, Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Türkiyə və İranın iştirakı ilə birgünlük mədəni tədbir keçirilib

AZƏRTAC xəbər verir ki, tədbirdə UNESCO təmsilçisi Krista Pikkat açılış nitqi ilə çıxış edərək, Novruz bayramının region dövlətləri üçün əhəmiyyətini vurğulayıb, nəsildən-nəslə ötürülən ənənələrdən bəhs edib. Sonra hər bir iştirakçı dövlətin mədəniyyətini əks etdirən konsert proqramları ifa olunub, stendlər nümayiş etdirilib. Səfirliyin təşkilatçılığı ilə ölkəmiz bu tədbirdə milli rəqs qrupu ilə təmsil olunub. Qrup tərəfindən əsas səhnədə, eləcə də stendlər quraşdırılmış zalda milli rəqslərimiz ifa olunub və qonaqlar tərəfindən maraqla qarşılanıb. Ölkəmizə aid stenddə Novruz bayramı üçün xarakterik olan şirniyyat məhsulları qonaqlara təqdim edilib, bayram ənənələrimizə xas olaraq Novruz xonçası, mədəniyyətimizi, tariximizi və milli mətbəximizi əks etdirən broşürlər nümayiş olunub.

Novruz şənliyində TÜRKSOY-un təşkilatçılığı ilə bu quruma üzv ölkələrin nümayəndələri ümumi mədəni proqramla çıxış ediblər. Bu çərçivədə, Azərbaycandan dəvət olunmuş “Cəngi” rəqs ansamblının təmsilçiləri tərəfindən də milli rəqslərimiz ifa edilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 109

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...