SİYASƏT
A- A A+

"Prezident İlham Əliyevin sosial sahəyə dair fərman və sərəncamları inqilabi qərarlardır"

2019-03-27 08:50:45

2019-cu il Azərbaycanın həyatına sosial islahatlar ili kimi daxil oldu

Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədovun fikrincə, Prezident İlham Əliyevin Azərbaycanda minimum əməkhaqqının, pensiyaların, müxtəlif təqaüdlərin, müavinətlərin artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı və fərman və sərəncamları bir daha göstərdi ki, əhalinin sosial müdafiəsini və və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindən ardıcıl imzalanan fərman və sərəncamlar sosial həyatın bütün sahələrini əhatə edir:

“Əhalinin bütün təbəqələri dövlət başçısı tərəfindən verilən fərman və sərəncamlardan faydalanır. Təkcə minimum əməkhaqqının artırılması 600 mindən çox insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına təsir etdi. Eyni zamanda, problemli kreditlərin həlli ilə bağlı sərəncam 800 mindən çox insanı əhatə edəcək. Məcburi köçkünlərə verilən müavinətlərin artırılması da xeyli sayda insanın sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.

Onun sözlərinə görə, Azərbaycanda bütün məsələlər – problemin ciddiliyi, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həlli üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrası və icraya nəzarət və s. – hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur: “Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Azərbaycan bu addımları ilə əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 169

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...