SOSİAL
A- A A+

Azərbaycanlılara qarşı törədilən soyqırım-unudulmayan tarix

2019-03-27 08:30:30

Azərbaycanlıların soyqırım ilə Azərkitab mərkəzində tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə bildirdi ki, 31 mart Azərbaycanlıların soyqırım günü yaxınlaşdıqca, ermənilərin tarixən, XX əsrin əvvələrində və 1988-ci ildən başlayaraq, başımıza gətirdikləri fəlakətləri yenidən yaşayaraq, düşmənlərimizin insanlığa qarşı törətikləri vəhşilikləri dərindən dərk edirik. Bütün bu illər ərzində ermənilərin işğalçılıq siyasətinə dünyanın aparıcı dövlətləri hec cür təsir etmək istəyində olma masının şahidi oluruq.. O da faktdır ki,ermənilər tarixən təkcə biz Azərbaycan türklərinə qarşı deyil, bütün Türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış etmiş və indi də etməkdədirlər. Ermənilər uzun illər Türkiyə ərazisində yaşasalar da, ancaq, dövlətlərini XX əsrin əvvələrində Azərbayacan torpaqları hesabına qurdular.100 ildən artıqdır ki,ermənilər hələ də indiki Türkiyə ərazisində yeni dövlət qurmaq arzusu ilə yaşayır və bu niyyətlərini gizlətmədən gələcək nəsillərə ötürürlər. Təəssüf ki, biz zaman-zaman tarixin bizə ibrət ola biləcək dərslərindən nəticələr çıxarda bilməmiş, əksinə cox zaman unutqanlıq nümayiş etdirmişik.Unutqanlığımızın nəticəsində isə, XX-ci əsrin əvvələrində və sonralar torpaqitgilərimiz, 1988 -ci ildən başlamış olan Qarabağ hadisələri, Xocalı soyqırımı kimi faciələrimiz artıq göz qabağındadır.1918-ci ilin mart ayının sonlarında erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı əsl soyqırım baş verdi.

Daha sonar cıxış edən Azərkitab Mərkəzinin direktoru Sabir Həsəsnov bildirdi ki, 1918 ildə erməni-bolşevik silahlı birləşmələri tərəfindən Azərbaycan türklərinə qarşı baş vermiş soyqırım, 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində əsl qətliam törətmişlər. Bakıda,Qarabagda,Şamaxıda, Qubada Xacmazda, Lənkəranda, Səlyanda, Zəngəzurda, Naxcıvanda və başqa bölgələrdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin Azərbaycan türklərinə qarşı törətdikləri qırğın nəticəsində 50 mindən artıq insan qətlə yetirilmiş,on minlərlə isə, itkin düşmüşdür.

Daha sonra cıxış edən Asif Əsgərov, Xəqani İsmaylıyov, Əkrəm Bəydəmirli, Mehriban Abdullayeva, Naibə Behbudova, Nəcibə İlkin və digərləri erməni təcavüzünün ağır nəticələrindən, azərbaycanlılara qarşı törədilən soyqırım faktlarından söhbət açdılar. İştirakçılar ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım faklarının dünyaya çatdırılması ilə bağlı təkliflərini bildirdilər

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 276

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...