QHT və MEDİA
A- A A+

“Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Strasburqda təqdimatı olub

2019-03-26 11:30:12

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Strasburqda təqdimat mərasimi keçirilib

Strasburqun mərkəzi “Kleber” kitab evində təşkil olunan tədbirdə tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, eləcə də Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Fransada fəaliyyət göstərən “Kapaz” nəşriyyat evi tərəfindən tərcümə və nəşr edilmiş “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabında XIX-XXI əsr Azərbaycan yazıçılarının hekayələri yer alıb.

Moderator Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Fəxrəddin İsmayılov çıxış edib. Səfir Azərbaycan Dövlət Tərcümə Mərkəzi və “Kapaz” nəşriyyat evinin sıx əməkdaşlığının məhsulu olan “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Fransada nəşrini təqdir edib və bu kitabın Avropada xalqımızın zəngin mədəniyyətinə açılan bir pəncərə olduğunu bildirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri Afaq Məsud mərkəzin yaradılması və fəaliyyəti haqqında qısa məlumat verərək, ədəbiyyatın ali missiyasından - ayrı-ayrı irqləri və millətləri təmsil edən dünya xalqlarının, əslində eyni ağrıların və sevgilərin daşıyıcısı olmasından, bədii ədəbiyyatın tarixboyu bu qədim və əzəli doğmalığı dünya fikir müstəvisində yaşatmasından söz açıb, Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun milli ədəbiyyatımızın dünyada təşviqinə göstərdiyi qayğı və diqqəti vurğulayıb.

Sonra Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan dö Tapia Azərbaycanın yerləşdiyi coğrafi ərazi, keçdiyi tarixi yol, daşıyıcısı olduğu mədəniyyət və mənsub olduğu dil qrupu haqqında məlumat verib.

Strasburq Universitetinin Dillər fakültəsinin dekanı, professor Jan-Pol Meyer kitaba daxil edilmiş əsərlərdən söz açaraq, fikirlərini bölüşüb. O, kitabda yer almış hekayələrin əsas mövzularına diqqəti çəkərək, Mir Cəlalın “Dissertasiya” hekayəsindən bir parça səsləndirib. Tanınmış fransız yazıçı Mişel Kop xüsusilə onu təsirləndirmiş hekayələr və onların süjetləri haqqında danışaraq, A.Məsudun “Dovşanın ölümü” hekayəsini auditoriya üçün səsləndirib. Fransada fəaliyyət göstərən “Kapaz” nəşriyyat evi adından çıxış edən Nicat Kazımov, Dilbadi Qasımov, Jan Emmanuel Medina, nəşriyyatın rəhbəri Albert Vak nəşriyyat evinin fəaliyyəti haqqında ətraflı məlumat verib və perspektivlər haqqında düşüncələrini bölüşüblər. Sonda tədbirə qoşulan kitabsevərlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, yaxın zamanlarda XIX əsrdən bu günədək ədəbiyyatımızın nümunələrini əks etdirən “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabını Fransanın regionlarındakı kitabxanalarda, eləcə də internet vasitəsi ilə əldə etmək mümkün olacaq.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 523

QHT və MEDİA

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...