2019-03-26 10:00:58 | TƏDQİQATLAR-ANALITIKA
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub

Fəlsəfə elmi çoxdan etiraf edib ki, milli ideya cəmiyyətin həyatında, siyasi praktikada mühüm rol oynayır

Odur ki, hər bir millət siyasi mənlik şüurunun obyektiv inikası kimi, öz milli ideyasına sahib olmalıdır, əks təqdirdə onun mövcudluğu heç bir halda özünü doğrulda bilməz. Əgər tolerantlıq və multikulturalizm humanist dünyagörüşü və bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarının qəbul edilməsi kimi nəzərdən keçirilsə, onda müdrik dövlət siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanda çoxsaylı xalqların azad yaşamasına və müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı mövcud olması üçün bütün zəruri şəraitlər yaradılıb.

Buna görə də Azərbaycan dünyada təkcə neft və qaz deyil, həm də tolerantlıq və multikulturalizm dəyələri ixrac edən ölkə kimi tanınır. AZƏRTAC xəbər verir ki, bu fikirlər hüquq elmləri doktoru, Ukraynanın Əməkdar təhsil işçisi, professor Arif Quliyevin Ukraynanın “Versii.com” portalında dərc olunmuş “Müasir azərbaycanlıların dəyərləri: ənənələr, tolerantlıq və diplomatiya” sərlövhəli məqaləsində yer alıb.

Tolerantlığın və multikulturalizmin Azərbaycan modelinin yaranması tarixinə toxunan A.Quliyev yazır: “Tolerantlığın və multikulturalizmin humanizm və ümumbəşəri dəyərlərdən qaynaqlanan Azərbaycan modeli əsrlər boyu mövcud olub, multikulturalizm təsadüfi təzahür deyildir – onun birbaşa Azərbaycan xalqının həyat tərzinə əsaslanan dərin tarixi kökləri var. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edəndə məhz bunu əsas götürüb”.

Multikulturalizmin və tolerantlığın müxtəlif təzahürlərini tarixi və fəlsəfi aspektlərdə nəzərdən keçirən müəllif qeyd edir: “Müasir cəmiyyətdə bir sosial subyektin digər sosial subyektin sosial, siyasi, etnik, konfessional və qeyri xüsusiyyətlərinə tolerant yanaşması sivilizasiya yaşaması və inkişafının, həm dövlət səviyyəsində, həm də adi qarşılıqlı münasibətlər səviyyəsində tənzimlənməsinin mütləq şərtidir”.

Baxış sayı : 810
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08