İQTİSADİ
A- A A+

SOCAR vitse-prezidenti: "OPEC+ razılaşması böyük fayda verə bilər"

2019-03-23 09:50:08

.

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirakı təkcə neft qiymətlərinin sabitləşməsinə deyil, həm də SOCAR dövlət şirkətinə koalisiyanın digər üzvləri ilə ticari əməkdaşlığı genişləndirməyə töhfə verəcək. Trend-in məlumatına görə, bunu “S&P Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib. E.Nəsirov bildirib: “Əlbəttə, əsas risk qiymətin dəyişkənliyidir, ancaq biz əminik ki, cari və növbəti ildə qiymətlər stabil olacaq, bir barelə görə 60 dollar səviyyəsindən aşağı düşməyəcək”.

O qeyd edib ki, SOCAR Azərbaycanın razılaşmada iştirakını dəstəkləməyə davam edəcək. Neft hasilatının azaldılması haqqında razılaşma dövlət şirkətinə mənfi təsir göstərməyəcək: “Razılaşma Azərbaycan və OPEC-ə üzv ölkələrin nümayəndələri arasında əlaqələrin fəallaşmasına imkan yaradıb, bu da daha böyük ticari əməkdaşlığa gətirib çıxara bilər. Xüsusilə də Azərbaycan və Səudiyə Ərəbistanı nümayəndələri bir sıra görüşlər keçirib və energetika əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər, ötən il isə “Saudi Aramco” Bakıda ofis açıb”.

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin sözlərinə görə, “Saudi Aramco”nun Bakıda böyük ofis açması şirkətin Xəzər regionunda işləməyə maraqlı olmasından xəbər verir və təbii ki, Xəzərdə əməkdaşlıq və sərmayələr təkcə Azərbaycan sektoru ilə məhdudlaşmır. Xatırladaq ki, martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub. İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 539

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...