SOSİAL
A- A A+

Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçiriləcək

2019-03-22 09:50:54

Son vaxtlar Respublikamızın ərazi bütövlüyünü qoruyarkən şəhid olmuş və ya yaralanmış soydaşlarımızın mənalı ömür yolları haqqında sənədli film çəkilişi və xatirə kitablarının yazılması prosesi sürətlənib

Bu cür filmlərdən birinin çəkilişlərini “Saf Həyat Naminə Gənclər” ictimai birliyi öz öhdəsinə götürüb. Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən bu layihə “Bəs, sən onları tanıyırsan?” adlanır. Təşkilatın sədri və layihə rəhbəri Dinara Bayramlı(Abbasova), filmin ssenari müəllifi və rejissoru Emil Lətifovdur. Artıq çəkilişlər başa çatıb, hazırda montaj prosesi gedir. Birliyin sədri Dinara Bayramlının verdiyi məlumata görə, filmdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xocalı sakini Elman Məmmədov, Xocalıdan məcburi köçkünlər-şəhid Milli Qəhrəman Ə.Novruzovun ömür-gün yoldaşı Şəkibə xanım, övladları-Vüsalə, Piyalə və Ülvi, Xocalı rayon Təhsil Şöbəsinin sabiq müdiri Murad Şükürov, eyni zamanda, məlum soyqırımın şahidlərindən biri olan jurnalist, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu müsahibə veriblər.

Biz, “Saf Həyat Naminə Gənclər” ictimai birliyinin sədri, idmanın akrobatika növü ilə peşəkar şəkildə məşğul olan Dinara Bayramlı ilə görüşdük. Məlum oldu ki, onun 25 yaşı var. 2013-cü ildən bu Təşkilata rəhbərlik edir. Öncə isə bu Təşkilatın rəhbəri onun anası-xanım Səbinə Abbasova olub. Dinara Bayramlı akrobatika üzrə 12 qat Azərbaycan çempionudur. Onun ömür-gün yoldaşı Urfan Bayramlı və Urfanın qardaşı Cavidan isə idmanın basketbol növü ilə peşəkar şəkildə məşğul olurlar. Urfan həm də beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərir.

Bizimlə söhbət zamanı Dinara xanım bildirdi ki, ömür-gün yoldaşı və qaynı hazırda Səudiyyə Ərəbistanının Abu-dabi şəhərində "Special Olympic World Games" adlı beynəlxalq basketbol yarışında iştirak edirlər və hər ikisi birinci yerə layiq görülüblər. D.Bayramlı daha sonra qeyd etdi ki, bu torpağın suyunu içib, çörəyini yeyən hər bir Azərbaycan vətəndaşı şəhid və qazilərə borcludur. Bu baxımdan, yaxın gələcəkdə bu tipli layihələrin icrası üçün daha çox çalışacaqlar. Dinara Bayramlı, Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Ələsgər Novruzovun mənalı ömür yolu haqda çəkilən filmin təqdimatının martın sonunda keçiriləcəyi haqda anons verdi.

Şamilə Şamilqızı, Sevda Zülfüqarlı.


Kateqoriya : SOSİAL Baxış sayı : 391

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...