MÜSAHİBƏ
A- A A+

Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar

2019-03-20 12:20:35

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Anadolu agentliyinə müsahibə verib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətinə, problemin həlli yollarına, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasına dair mühüm məsələlərdən bəhs olunub.

Azərbaycanın tərəfinin Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsini həlli istiqamətində danışıqlara həmişə hazır olduğunu diqqətə çatdıran Hikmət Hacıyev vurğulayıb ki, 25 ildir problemin ədalətli həllini gözləyən Azərbaycanın bu məsələdə səbrinin həddi var. Təcavüzkar ölkə BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq öz qüvvələrini Azərbaycan işğal edilmiş torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsindəki hüquqdan istifadə etməyə məcbur olacaq. Bildirilib ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində təbii sərvətləri qanunsuz olaraq istismar etməkdədir. Bu yolverilməz halın qarşısı alınmalıdır.

Azərbaycan xalqının sülhə hazır olduğunu diqqətə çatdıran şöbə müdiri deyib ki, sülh üçün əvvəlcə ədaləti bərpa etmək lazımdır. Bunun üçün, ilk növbədə, işğal altındakı Azərbaycan torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Ermənistan tərəfi Azərbaycan və digər qonşu dövlətlərə sülh şəraitində yaşmaqda maraqlı olmalıdır. Müsahibədə, həmçinin Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətindən də bəhs edilib.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 462

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...