TƏDQİQATLAR
A- A A+

Birləşmiş Ərəb Əmirliklərində mətbuat Azərbaycandan yazıb

2015-09-07 09:10:57

Sentyabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən populyar qəzeti olan “Gulf news” Dubaydakı baş konsulluğumuzun təşəbbüsü və dəstəyi ilə bu ölkədə ilk dəfə Azərbaycan haqqında jurnal nəşr edib

Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, nəşrdə 2015-ci il aprelin 1-də BƏƏ-nin Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun Bakıya rəsmi səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşünə və bu səfərin iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da inkişaf etməsinə əlverişli zəmin yaratmasına xüsusi yer ayrılıb.

Baş konsul Pərviz İsmayılzadə BƏƏ ilə ölkəmiz arasında bir çox sahədə, xüsusilə ticarət sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyindən, Dubay Sənaye və Ticarət Palatasının ilk xarici nümayəndəliyini məhz Bakıda açılmasından, 2012-ci ildə BƏƏ-də fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının 49 faiz artaraq, 262–yə çatmasından bəhs edib.

Nəşrdə, həmçinin “Bakı-2015” ilk Avropa oyunlarının möhtəşəm açılış mərasimi, 93 ölkəyə birbaşa yayımlanan idman yarışlarının bir milyarddan çox insanın izlədiyi, 2014-cü il ərzində sosial şəbəkələrdə 33 milyon insanın Azərbaycan haqqında məlumat axtardığı qeyd olunub. Tarixi abidələrimiz Şirvanşahlar sarayı və Bibiheybət məscidi, müasir memarlıq nümunəsi olan Alov Qüllələri, məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş əzəmətli Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumatlar da yer alıb.

Jurnalın redaktoru Eduan Maggo tarixi kökləri və özünəməxsusluğu ilə fərqlənən Azərbaycan mətbəxinin əcnəbi qonaqları məftun etdiyini, qədim kulinariya ənənələrinin qorunması ilə yanaşı, müasir dünya mətbəxi nümunələrinin də menyulara əlavə edildiyini vurğulayıb.

Nəşrdəki yazılar ayrı-ayrılıqda üç məqalə şəklində “Gulf News” qəzetinin 6 sentyabr tarixli buraxılışında dərc olunub.

Məqalələrlə bu linklərdə tanış olmaq mümkündür:

http://gulfnews.com/gn-focus/country-guides/reports/azerbaijan/uae-azerbaijan-partnership-reaps-benefits-1.1577890

http://gulfnews.com/gn-focus/country-guides/reports/azerbaijan/eat-your-way-to-100-why-not-1.1578000

 

http://gulfnews.com/gn-focus/country-guides/reports/azerbaijan/azerbaijan-a-new-hot-ticket-tourist-destination-1.1577851


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 962

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...