MÜSAHİBƏ
A- A A+

Hikmət Şikarov: “Əminliklə demək olar ki, ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür və söz sahibi olan dövlətdir”

2019-03-16 11:15:56

Fact-info.az saytının sullarını Yeni Azərbaycan Partiyası (YAP)Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov cavablandırır:

- Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Öz inamlı inkişafını uğurla davam etdirən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınır. Necə düşünürsünüz, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyi və dinamik inkişafı şərtləndirən amillər hansılardır?

-Ötən əsrin sonunda yenidən müstəqilliyinə qovuşan ölkəmiz ulu öndər Heydər Əliyevin uzaqgörən idarəçilik metodları ilə əsaslandırılmış davamlı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsi olaraq, qısa zaman kəsiyində regionun lider dövlətinə çevrildi. Əminliklə demək olar ki, ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Bu gün ölkəmizə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsi xalqımızda dərin iftixar və qürur hissi doğurur. Azərbaycanın əldə etdiyi möhtəşəm uğurların bir səbəbi ulu öndərin müəllifi olduğu ümumi strategiyada, siyasi kursun mahiyyətindədirsə, digər səbəbi isə dövlət başçımızın müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, dünya tərəfindən qəbul olunan lider səviyyəsinə yüksəlməsindədir. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb.

Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə, makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə respublikamız dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb. Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlət başçısı son 16 ildə xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirib. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.

Son illər bütün sahələrdə əldə edilən nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir. Cənab İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk dövrlərindən bəyan etmişdir ki, ölkəmizdə iqtisadi islahatlar siyasi islahatlarla paralel getməlidir. Bu iki amil məntiqi cəhətdən bir-birini tamamlamalıdır. Azərbaycan Prezidenti bu paralelliyi təmin edə bildi. Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan keçid iqtisadiyyatını başa çatdırdı. Ölkədə həyata keçirilən mükəmməl sosial-iqtisadi inkişaf strategiyası ilə inkişafın Azərbaycan modeli formalaşdı. Bu model aparılan siyasətin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət etdi.

Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Öz inamlı inkişafını uğurla davam etdirən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınır. Bunun başlıca səbəbi isə ölkədə mövcud olan xalq-iqtidar birliyidir. Azərbaycanın regionda sabitləşdirici faktor kimi tanınması və nüfuz qazanmasında xalq-iqtidar birliyinin rolu böyükdür. Həyata keçirilən təkmil islahatların uğurlu nəticələrini gündəlik həyatlarında hiss edən xalqımız irəli sürülən təşəbbüsləri dəstəkləməklə Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verirlər. Cənab İlham Əliyev 2003 - cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən bəyan etmişdir ki, insan amili dövlət siyasətinin əsasıdır. Daim özünə diqqət və qayğının şahidi olan xalqımız da həyata keçirilən siyasətə dəstəklərini cənab İlham Əliyevin ətrafında sıx birləşməklə təsdiqləyirlər. Ölkə başçısının daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, dövlət xidmətlərinin keyfiyyətinin daim artırılması, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın öz prezidentinə olan etimadını yüksəldir. Məhz buna görə də, geniş ictimaiyyətin dövlətə olan inamı, xalqla iqtidar birliyi günü-gündən möhkəmlənir və elə bu səbəbdən, hakimiyyət haqlı olaraq, ictimai dəstəyə arxalanır.

-Son zamanlarda ölkəmizdə bütün sahələr üzrə mühüm islahatlar həyata keçirilir. Həmçinin, dövlət başçısı tərəfindən əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində önəmli qərarlar qəbul edilir. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?

-Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də əhalinin sosial rifahı amilidir. Hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Ölkəmizdə bütün sahələrdə, o cümlədən , sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Bu işin məntiqi nəticəsi olaraq reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Dövlətin sosial siyasəti nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib və yoxsulluğun ümumi səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Sosial siyasət dövlət tərəfindən müvafiq qanun və dövlət proqramları ilə tənzimlənir və icra olunur. Azərbaycanda sosial müdafiə sistemi müasir tələblərə uyğun olaraq yenilənib, yeni-yeni islahatlar aparılıb. Dünya təcrübəsinə uyğun olaraq, sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi daim artırılır. Deməli, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Çünki insana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkə baçşısının rəhbərliyi ilə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Cənab Prezident hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

-Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərin artırılması da buna olan əyani sübutdur. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar bütün dünya üçün nümunədir. Elə 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqını 38 faiz artırılması, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur.

-2019-cu ilin dövlət büdcəsi sosialyönümlü və investisiyayönümlü büdcə kimi səciyyələndirilir. Bu barədə nə deyə bilərsiniz?

-Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi dayanır. Respublika Prezidenti İlham Əliyevin də söylədiyi kimi bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci bir ölkə yoxdur.Çünki ölkəmizdə bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən də son illərdə qəbul olunan Qərarlar, imzalanan çoxsaylı Sərəncam və Fərmanlar bilavasitə əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Son 16 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib. 2019 - cu ilin dövlət büdcəsinin gəlir və xərclərin yüksək olması, ötən ilə nisbətən xeyli artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı surətdə inkişaf edir. Büdcənin əlamətdar xarakteri bundan ibarətdir ki, büdcə vəsaitlərinin üçdə birindən çoxu sosial sahənin maliyyələşməsinə yönəlib. Bu da çox ciddi göstəricidir. Bu amil Azərbaycanın sosial dövlət olduğunun göstəricisidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi əsas məqsədimiz dünyanın ən inkişaf etmiş ölkələri sıralarına qoşulmaqdır. 2008 - ci ildən başlayaraq dünyada gedən bütün iqtisadi və sosial kataklizmlərə baxmayaraq ötən müddətdə ölkəmizin dövlət büdcəsi həmişə sosial yönümlü və investisiya tutumlu olub.

Buna əyani sübut məhz 2019 - cu ilin büdcə xərclərinin 33.4%-inin sırf sosial məqsədlərə yönəlməsidir. 2019 - cu ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən maraqlı məsələlər ortaya qoyulub. Sosial müdafiə sistemində yeni institut formalaşıb. Bu il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsait ayrılıb. Bu da büdcənin 33,4 faizini təşkil edir. 2019 - cu ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf edilməsi nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi ötən illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Prezident İlham Əliyevin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqılarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədilə 83 milyon manat məbləğində vəsait ayrılıb.

Azərbaycanda dövlət başçısı pensiyaların, müavinətlərin artırılması ilə bağlı hər il sərəncamlar verib. Son vaxtlar isə artan maliyyə imkanlarımız əhalinin digər sosial ehtiyaclarının ödənilməsinə yol açır. Təkcə fevral ayında dövlət başçısının imzaladığı sərəncamlar göstərir ki, Azərbaycan iqtidarı artan maliyyə imkanlarından ilk növbədə öz vətəndaşının sosial rifahının gücləndirilməsi üçün istifadə edir. Bütün bunlar təsdiqləyir ki, dövlət öz vətəndaşının sosial rifahı üçün bütün lazımlı addaımlar atır.

- Azərbaycan son dövrlərdə aparıcı beynəlxalq təşkilatlardakı mövqelərini möhkəmləndirir. Sizcə, bu amil Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı dərəcədə təsir göstərir?

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq və nüfuzlu qurumlara üzv olmaq təşkil edir. Ölkəmizin bütün beynəlxalq və regional təşkilatlarda təmsil olunması, sivil birgəyaşayış qaydaları ilə tənzimlənən böyük dünya siyasətinə qatılması, beynəlxalq və regional münasibətlərin həllində fəal iştirak etməsi dünya siyasətçiləri tərəfindən maraq və ehtiramla qarşılanır.

Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra mənafeləri respublikamızın dövlətçilik və milli maraqları ilə uyğun gələn dövlətlərlə, habelə mötəbər beynəlxalq qurumlarla tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaratmaq prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Müstəqillik yoluna yeni qədəm qoymuş respublikamızın beynəlxalq mövqelərinin möhkəmlənməsi, demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, müstəqil daxili və xarici siyasət yeritməsi, əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsi üçün inkişaf etmiş dövlətlərin və nüfuzlu qurumların imkanlarından və qabaqcıl təcrübəsindən yararlanmaq böyük əhəmiyyət kəsb edirdi.

Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ almış bəzi qüvvələrin dövlət idarəçiliyindəki naşılığı və siyasi səbatsızlığı nəticəsində ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığı demək olar ki, yox dərəcəsində idi. Bu da yenicə bərpa olunmuş dövlət müstəqilliyimizin davamlı olmasına mənfi təsir göstərirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişindən sonra yenidən hakimiyyətə gəlişi ilə bütün bunlara tədricən son qoyuldu. Böyük tarixi şəxsiyyətin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətləri və aparıcı ictimai təşkilatları ilə sıx əlaqələr yaratdı. Azərbaycan məhz ulu öndərin hakimiyyətdə olduğu dövrdə bütün beynəlxalq və regional təşkilatlarda təmsil olundu, sivil birgəyaşayış qaydaları ilə tənzimlənən böyük dünya siyasətinə qatıldı, beynəlxalq və regional münasibətlərin həllində fəal iştirak etməsi zəminində dünyanın siyasi xəritəsində layiqli yer tutmasına nail oldu. Azərbaycanın aparıcı beynəlxalq təşkilatlardakı mövqeyini möhkəmləndirməsi Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması prosesində mühüm yer tutur. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirib. Ulu öndərin bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT-in, NATO-nun, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. Ermənistanın dünya birliyində işğalçı dövlət kimi tanınmasında beynəlxalq qurumlarla əməkdaşlığın böyük rol oynaması danılmaz faktlardandır.

İşğalçı dövlətin Azərbaycana qarşı təcavüzkarlığının artması ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının zəruriliyinin bildirilməsi və bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd - şərtsiz çıxarılmasının öz əksini tapması ölkəmizin xarici siyasət sahəsində atdığı ilk uğurlu addım kimi dəyərləndirilməlidir. Əsasını ulu öndərin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir.

Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaradıb. Bu gün dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf edib. Nəticədə, Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən, həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar. Sadalananlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli yüksəldib, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurla davam etdirilməsi müstəqil dövlətimizin dünya birliyində mövqelərinin daha da yüksələcəyinə olan əminliyi artırır.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1904

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...