MƏDƏNİ
A- A A+

Rafiq Quliyev: “Prezidentin mədəniyyət xadimləri ilə görüşü bu sahənin inkişafına xidmət edir"

2019-03-15 07:20:44

Fact-info.az saytının bugünkü qonağı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyər üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzinin əməkdaşı Rafiq Quliyevdir. Rafiq müəllim Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünə və digər məqamlara toxunub

Rafiq Quliyev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünü mədəniyyətimizə, eləcə də bu sahədə xidmətləri olan insanlara göstərilən diqqət və qayğının ifadəsi kimi dəyərlidirir.

O, qeyd edir ki, görüşdə səsləndirilən fikirlər, irəli sürülən təkliflər, qaldırılan məsələlər və bu məsələlərin həlli üçün konkret tapşırıqların verilməsi aşkarlığın, dövlət başçısı ilə ziyalılar arasında qarşılıqlı fikir mübadilələrinin əhəmiyyətinin əyani nümunəsidir, eləcə də mədəniyyət və incəsənət xadimlərinin gələcək yaradıcılıq imkanlarının yüksəlməsi baxımından bir stimuldur. Azərbaycan özünün təbii sərvətləri və iqtisadi göstəriciləri ilə tanındığı kimi, mədəniyyəti, mədəniyyət və incəsənət xadimlərinin görkəmli əsərləri ilə də məşhurdur. Mədəniyyət və incəsənət xadimləri ilə səmimi görüşlər və qaldırılan bir çox məsələlər bu sahənin inkişafına, yeni əsərlərin yaradılmasına, yaradıcı insanların ictimai həyatda, sənət aləmində fəallığının artmasına xidmət edir.

Bəs, Rafiq Quliyevi narahat edən nədir?

Rafiq müəllim qənaətincə, Prezident İlham Əliyev tərəfindəndən mədəniyyət sahəsində çalışan insanlara belə qayğı və diqqət göstərildiyi halda 40 ildir çalışdığı kollektivdə ona qarşı mənəvi təhdidlər olur. Onu şöbə müdiri vəzifəsindən çıxararaq çox aşağılayıcı formada metodist vəzifəsinə endirmək etik və mənəvi baxımdan qəbul edilən deyil. R Quliyev daha sonra bildirib: “Cənab Prezident İlham Əliyev mədəniyyət sahəsinə bu qədər diqqət yetirdiyi məqamda bu idarənin rəhbərliyi mənə qarşı belə kobud münasibət göstərməsi başa düşülən deyil. Azərbaycan ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Bu inkişafda mədəniyyət xadimlərinin də rolu vardır. Mən öz işimi çox sevən və 40 ilə yaxındır Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə xidmət edən bir insan olaraq belə hallarla barışmayacam və hüquqlarımı bərpa edəcəyəm. Təəssüf ki, mədəniyyətdən başı çıxmayan bəzi şəxslər bir çox hallarda mədəniyyət idarələrində vəzifə tuturlar. Bu da xoşagəlməyən proseslərə yol açır”.

Rafiq Quliyevin həyat və yaradıcılığına qısa nəzər salaq. O, 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Bu gün təsviri sənət məkanında rəngkar və heykəltəraş kimi tanınan Rafiq Quliyev ixtisas təhsilini Bakıdakı məşhur “Əzimzadə məktəbi” ndə almışdır. Sonrakı dövrlərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alan Rafiq Quliyev ötən illərdə respublikanın müxtəlif güşələrində yaşayan istedadları üzə çıxarmaqla yanaşı özü də yaradıcılıqla məşğul olmuş, rəngkarlıq, qrafika və heykəltəraşlıq sahələrində yaddaqalan əsərlər yaratmışdır. Azərbaycan Rəssamlar İtttifaqının üzvü olan Rafiq Quliyevin əsərləri vaxtaşırı müxtəlif miqyaslı yerli və xarici sərgilərdə uğurla nümayiş olunmuşdur O, Azərbaycan təsviri sənətinin problemlərinin tədqiqatı ilə məşğul olaraq bir sıra kitablar yazmışdır. Onun “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə”, “Təsviri sənətdə insan dünyası”, “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı və digər əsərləri Azərbaycan mədəniyyətinə, sənətşünaslığına böyük töhfədir.

Təsviri sənətdə, tarix və şəxsiyyət mövzusu incəsənətin bu vaxta kimi tədqiq olunmamış sahələri ilə məşğul olan Rafiq müəllimin əsərləri müasir dövrdə çox aktualdır. Müstəqil Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi üçün tarix və şəxsiyyət mövzusunda yazılan belə əsərlər geniş auditoriyaya zəngin informasiya verir. Rafiq Quliyevin tədqiqatlarında “Qrafika” bölməsi mühüm sahədir. Bu bölmədə tariximizin izləri yaşayır, ayrı-ayrı görkəmli şəxsiyyətlərimizin portretləri əks olunub. Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab kimi rəssamların əsərlərində tarixi şəxsiyyətlər, müxtəlif mərasimlər əks olunmaqla, onlar haqqında çox zəngin təəssüratlar var. Nəvvabın “Şuşada Aşura mərasimi”, “Əmir Teymurun portreti”, M.Q. İrəvaninin “Fətəli şahın portreti” əsərləri bu baxımdan çox dəyərlidir.

Fact-info.az


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1462

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...

2019-07-12 08:10:00

İQTİSADİ
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...
Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisa...

Bu barədə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 1...