QHT və MEDİA
A- A A+

Siyavuş Novruzov: Aprel döyüşləri ermənilərin düşüncələrini alt-üst etdi

2019-03-07 09:45:19

.

Aprel döyüşləri ermənilərin düşüncələrini alt-üst etdi.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov qeyd edib ki, ermənilər Dağlıq Qarabağ probleminin həllini uzatmaqla düşünürdülər ki, Azərbaycanda yetişən gənc nəsil, ötən əsrin 90-cı illərində qaçqın və məcburi köçkün düşən ailələrdə yeni doğulan insanlar Qarabağ və işğal edilmiş torpaqları yaddan çıxaracaqlar, onlarda döyüş ruhu aşağı olacaq:

“Onlar ümid edirdilər ki, problemi uzatmaqla məsələni de-yure həll edəcəklər. Lakin aprel döyüşləri ermənilərin bu düşüncəsini alt-üst etdi. Aprel döyüşləri göstərdi ki, gənc nəsil əvvəlki nəsillərdən öz vətənpərvərliyinə görə heç də geri qalmır. Aprel döyüşləri zamanı müxtəlif institutlardan, məktəblərdən, müəssisələrdən minlərlə insan könüllü şəkildə bu döyüşlərdə iştirak etmək üçün əlaqədar qurumlara müraciət etdi.

Aprel döyüşləri İrəvanın ermənilər arasında apardığı təbliğatı da puça çıxardı. İrəvan bu günə qədər öz əhalisini inandırmağa çalışırdı ki, Azərbaycanda döyüş ruhu yoxdur, ordusu zəifdir, texnikası köhnədir və s. Bu məsələdə sapı özümüzdən olan müəyyən qüvvələrin də ordumuz haqqında səsləndirdiyi böhtanlar az rol oynamırdı. Əslində isə Azərbaycan ordusu Rusiya, Türkiyə, Belarus, İsrail, Ukrayna və s. ölkələrdən müasir silahlar almaq, sovet dönəminə məxsus bəzi silahları yüksək səviyyədə modernləşdirilməklə böyük zərbə qüvvəsi əldə etmişdi. Hərbi təchizat baxımından Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılıb. Bütün bunlar aprel döyüşlərində özünü göstərdi. Azərbaycan aprel döyüşlərində öz hərbi potensialının cüzi bir hissəsindən istifadə etməklə erməni ordusunu tamamilə darmadağın elədi”.

S.Novruzov əlavə edib ki, bu gün Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır. Bunun nəticəsində artıq dünya erməni yalanlarına inanmır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 543

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...