CƏMİYYƏT
A- A A+

Münaqişənin həlli ilə bağlı politoloji terminlər tükənməkdədir

2019-03-14 08:55:42

Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanmasının səbəblərindən biri işğalçı Ermənistana qarşı loyal münasibətin davamlı olaraq göstərilməsidir

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Qarabağ münaqişəsində əsas günakarı açıq etiraf edib, ona ciddi təpki göstərmirlər.

Artıq münaqişənin həlli ilə bağlı politoloji terminlər tükənməkdədir. Nə qədər sülh danışıqları, beynəlxalq təşkilatların iştirakı ilə müzakirələr, müxtəlif səviyyəli siyasətçilərin, dövlət xadimlərinin münaqişəyə son qoymaq məqsədilə təklifləri səslənib. Təəssüf ki, bütün bu cəhdlər nəticəsiz qalıb. İkibaşlı oyunlar isə davam etməkdədir.

Ancaq bu qənaətə gəlmək olar ki, bu münaqişə Rusiyanın təsir dairəsindən çıxmadan həlli mümkün olmayacaq. Rusiya böyük ərazisi, zəngin iqtisadi potensialı, hərbi gücü olan qonşu ölkədir. Cənubi Qafqazda Ermənistan kimi, cırtdan bir ölkəni nəzarətdə saxlamaqla Şimal qonşumuz bu illər ərzində görəsən, nə qazanıb, nə itirib?

Bu artıq faktdır ki, Ermənistan bölgədə Rusiyanın aləti, əlaltısı, marioneti olaraq qalır. Bunu bəlkə Rusiyanın qazancı hesab etmək olar. Bu gün Rusiyanın daxilində yetərincə, sosial-iqtisadi problemlər olduğu halda Cənubi Qafqazdan əl çəkməməsi, erməniləri bu qədər himayə etməsi başadüşülən deyil. Münaqişənin həllində bu ölkədən konstruktivlik gözləmək mənasızdır.

Təbii ki, bu yeni bir fikir deyil. Ancaq işğalçını ədalətli sülhə vadar etmək üçün silahlar susmamalıdır. Ermənistanın baş naziri N. Paşinyanın sülh danışıqlarının formatını dəyişərək, ora Xankəndini də əlavə etmək istəyi, bunun ardınca gəlib Ermənistan Təhlükəsizlik Şurasının iclasını işğal olunmuş Azərbaycan ərazilərində keçirməsi bir daha onu sübut edir ki, bu ölkənin rəhbərləri Dağlıq Qarabağdan öz silahlı qüvvələrini çıxarmaq istəmirlər. Paşinyanın bu cahil, nadan hərəkəti onu deməyə əsas verir ki, bu şəxs sülhə hazır deyil.

Bu gün diqqət yetirsək çox aydın görmək olur ki, N. Paşinyanın bu addımı ölkəsinin daxilində gün-günə artan narazılığı səngitmək üçün daxili auditoriyaya hesablanıb. Deməli, necə ki, Serj Sərkisyan dövründə Dağlıq Qarabağ konflikti uzanırdı indi də həmin siyasət davam edəcək. Onların əsas məqsədi müxtəlif formalarda manevrlər edərək münaqişənin ömrünü uzatmaqdır. Unutmaq olmaz ki, Nikol Paşinyanı hələ çox məyusluqlar gözləyir.

2016-cı ilin 4 günlük aprel döyüşləri ermənilərin qələbə eyforiyasının tamamilə alt-üst etdi. Belə döyüşlərin davamı torpaq işğalının sonunu yaxınlaşdıracaq. İşğalçı Ermənistanı sülhə vadar etmək, onu yalançı qələbə eyforiyasından tamamilə çıxarmaq üçün güc amili qaçılmazdır. Azərbaycan Ordusunun gücünü gördükcə ermənilər və onların havadarları başladıqları bu münaqişəyə görə məyus olacaqlar.

Təbii ki, insan ömrü o qədər uzun deyil. Vaxtılə işğal olunmuş ərazilərdən qaçqın düşən azərbaycanlıların bir çoxu zaman keçdikcə torpaq itikisinə, müxtəlif narahatlıqlara dözməyərək dünyalarını dəyişiblər. Münaqişənin ömrünü uzadan və həmin qüvvələrə havadarlıq edənlərin elə əsas istəyi odur ki, nəsillər dəyişəcək və azərbaycanlılar itirilmiş torpaqları unudacaqlar. Ancaq düşmən qüvvələrinin bu, istəyi çox yanlışdır, onların bu bəd niyyəti heç zaman həyata keçməyəcək.

Azərbaycan xalqında, harada yaşamasından asılı olmayaraq təmiz qanı olan hər bir azərbaycanlı da öz torpağına, yurduna bağlılıq o qədər güclüdür, bizləri haqq yolundan heç bir çirkin layihə döndərə bilməz. Bu sadəlövh yanaşma, şablon ifadə deyil, genetik koddur. Təmiz qanı olan azərbaycanlı gedib dünyanın ən dəbdəbəli saraylarında çox yaxşı vəziyyətdə yaşasa da, yenə öz döğulduğu, boya-başa çatdığı kəndi, obası haqqında fikirləşəcək. Azərbaycan insanında torpağa bağlılıq onu deməyə əsas verir ki, heç zaman heç bir azərbaycanlı torpaq itkisilə barışmaycaq. Ona görə də işğal rejiminin sona çatmasını tezləşdirmək üçün hər birimiz çalışmalıyıq.

Onu da qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi bir vaxtda hərbi hərəkətlərlə bağlı informasiyaların yayılmasında medianın həssas davranışı zəruri məsələdir. Çünki mediada, sosial şəbəkələrdə bəzən baş verən təxribatlar insanlarda çaşqınlıq yaradır.

Əkrəm Bəydəmirli


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1376

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...