QHT və MEDİA
A- A A+

Nəsimi yaradıcılığı bəşəriyyət üçün dərin məna kəsb edir

2019-03-12 08:55:24

.

Türkiyədə “Nəsimi ili” çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş silsilə tədbirlər davam edir. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 7-də İstanbulda Türk Ədəbiyyat Vəqfində bu münasibətlə tədbir keçirilib. Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, TÜRKSOY, Azərbaycan Milli Kitabxanası və Türk Ədəbiyyat Vəqfi tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən vəqfin rəhbəri Serhat Kabaklı tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, belə tədbirlərin təşkili iki qardaş ölkənin mədəni yaxınlaşmanın əsasını təşkil edir. Bu tədbirin türk dünyası üçün çox vacib olduğunu deyən TÜRKSOY-un baş katibinin müavini, professor Fırat Purtaş Nəsimi yaradıcılığının nəinki türk dünyasında, ümumiyyətlə, bəşəriyyət üçün dərin məna kəsb etdiyini qeyd edib. F.Purtaş vurğulayıb ki, Nəsiminin yaradıcılığı millətlər və xalqlar arasında təmas nöqtəsini təşkil edir. Tədbirin reallaşmasında əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev dəyərlərimizi yaşatmaq baxımından belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ə.Qarayev İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Nəsiminin 600 illik yubileyi dövlət səviyyəsində məhz 70-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib və tarixdə ilk dəfə UNESCO tərəfindən bir Azərbaycan şairinin yubileyinin layiqincə keçirilməsinə nail olunub. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir söyləyib ki, Azərbaycanda görkəmli şəxsiyyətlərin adının uca tutulması istiqamətində mühüm addımlar atılır. Şairin yaradıcılığının dünənimiz və bu günümüz üçün birləşdirici dəyər olduğunu deyən Ə.Qarayev, Bakının mərkəzi rayonlarından birinin onun adını daşıdığını, paytaxtımızda böyük şairin möhtəşəm abidəsinin ucaldığını, adının Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna verildiyini xüsusi vurğulayıb.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığı haqqında məlumat verib. Akademik şairin yaradıcılığının dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malik olduğunu, böyük mütəfəkkirin 650 il öncə yaşayıb-yaratmasına baxmayaraq, yazdığı əsərlərinin ana dilimizi və bədii sözümüzü zirvələrə qaldırdığını söyləyib. Dövlətimiz tərəfindən Nəsimi irsinin layiqincə qiymətləndirildiyini qeyd edən N. Cəfərov, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalının keçirilməsi və hazırda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bu ilin “Nəsimi ili” elan edilməsini şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsi kimi dəyərləndirib.

Nəsiminin yaradıcılığından danışan Milli Kitabxananın direktoru Kərim Tahirov şairin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, ana dilində gözəl şeirlər yazdığını və buna görə də onun şeirlərinin həmişə dillər əzbəri olduğunu diqqətə çatdırıb. K. Tahirov vurğulayıb ki, XX əsrin 70-ci illərində Nəsimini Azərbaycana və dünyaya tanıdan ulu öndər Heydər Əliyev olub. Onun xeyir-duası ilə Azərbaycanda, bir sıra xarici ölkələrdə, hətta UNESCO-da Nəsiminin yubiley tədbirləri keçirilib, onun adı institut, küçə və meydanlara verilib, Bakıda heykəli qoyulub, haqqında bədii film çəkilib.

Türkiyəli professorlar Esat Harmancı, Nusret Gedik söz sənətinin qiymətli incilərini meydana gətirmiş bu filosof şairin bütün türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verdiyini, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoyduğunu söyləyiblər.

Tədbir Nəsimi yaradıcılığının fəlsəfəsinə həsr olunmuş panel iclası ilə davam edib. Tədbir tanınmış xanəndə, Əməkdar artist Feyruz Səxavət, tarzən, Əməkdar artist Əliağa Sədiyev və kamança ifaçısı Xəyyam Məmmədovun təqdim etdiyi konsert proqramı ilə davam edib. Sonda tədbir iştirakçıları dahi şairin həyat və yaradıcılığı haqqında yazılmış kitablardan ibarət sərgiyə baxıblar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 553

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...